Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


16.11.2021  12:09 

Parlamentdə Büdcə müzakirələri: Nazirlər suallara cavab verə bilirmi?





A+  A-

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

XəzərNews.az xəbər verir ki, iclasda Baş Nazir Əli Əsədov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və digər hökumət üzvləri iştirak edir.

Deputatlar "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsini və büdcəyə daxil olan digər məsələləri müzakirə edirlər.

Maliyyə naziri S.Şərifov bildirib ki, 2022-ci ilin dövlət büdcəsi 30 il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin müstəqillik tarixində ən böyük büdcədir və növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 34,5 faizinə bərabərdir.

O qeyd edib ki, gələn ilin büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ön sırada dayanır:

“Amansız düşmənin vəhşicəsinə talan etdiyi kənd, qəsəbə və şəhərlərin yenidən qurulması və tarixi simalarının qaytarılması, ərazilərin minalardan təmizlənməsi, zəruri yol-nəqliyyat, elektrik, rabitə, su, qaz və digər kommunal infrastrukturların, həmçinin sosial-mədəni obyektlərin tikintisi, mədəni-tarixi abidələrin bərpası istiqamətində başlanılmış böyük həcmli işlər sürətlə davam etdirilməkdədir. Növbəti ildə də işğaldan azad olunmuş ərazilərin bərpası məqsədi üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədlərinin sərhədçilərimiz tərəfindən etibarlı qorunması, eləcə də həmin ərazilərdə ictimai asayişin təmin edilməsi üçün gələn ilin büdcə xərclərinin 15 faizi həcmində və yaxud 4 milyard 490 milyon manat vəsait nəzərdə tutulub.

2022-ci ilin dövlət büdcəsi xərclərinin 29 milyard 879 milyon manat məbləğində təklif olunur.

Büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi, 2022-ci ilin yanvarın 1-dən əmək haqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması da nəzərdə tutulub”.

Nazir gələn ilin ünvanlı sosial yardımı üçün 208 milyon manat ayrılacağını söyləyib:

“Növbəti il aztəminatlı ailələrə ünvanlı sosial yardım üçün 208 milyon manat vəsait nəzərdə tutulur”.

O qeyd edib ki, gələn ilin dövlət büdcəsində 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün də vəsait nəzərdə tutulur:

“Eyni zamanda, əhalinin mənzilə olan tələbatını qarşılamaq üçün ipotekaya ayrılan vəsaitin cari illə müqayisədə 34 % artırılması nəzərdə tutulur”.

Nazir qeyd edib ki, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha artırmaq üçün bu ildən tətbiq olunan Tələbə Kredit Fondunun nizamnaməsi gələn il 102 milyon manata çatdırılacaq:

“Növbəti ilin dövlət büdcəsi hesabına güzəştli kateqoriya hesab edilən gənclərin maliyyələşdirilməsi üçün 38 milyon manat ayrılacaq”.

Xəbər 1538 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +