Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.11.2021  11:55 

Qarabağın bərpasına nə qədər pul ayrılacaq?





A+  A-

“2022-ci ilin dövlət büdcəsi 30 il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin müstəqillik tarixində ən böyük büdcədir və növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 34,5 faizinə bərabərdir”.

XəzərNews.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin plenar iclasında deyib. O qeyd edib ki, gələn ilin büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ön sırada dayanır:

“Amansız düşmənin vəhşicəsinə talan etdiyi kənd, qəsəbə və şəhərlərin yenidən qurulması və tarixi simalarının qaytarılması, ərazilərin minalardan təmizlənməsi, zəruri yol-nəqliyyat, elektrik, rabitə, su, qaz və digər kommunal infrastrukturların, həmçinin sosial-mədəni obyektlərin tikintisi, mədəni-tarixi abidələrin bərpası istiqamətində başlanılmış böyük həcmli işlər sürətlə davam etdirilməkdədir. Növbəti ildə də işğaldan azad olunmuş ərazilərin bərpası məqsədi üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədlərinin sərhədçilərimiz tərəfindən etibarlı qorunması, eləcə də həmin ərazilərdə ictimai asayişin təmin edilməsi üçün gələn ilin büdcə xərclərinin 15 faizi həcmində və yaxud 4 milyard 490 milyon manat vəsait nəzərdə tutulub.

2022-ci ilin dövlət büdcəsi xərclərinin 29 milyard 879 milyon manat məbləğində təklif olunur.

Büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi, 2022-ci ilin yanvarın 1-dən əmək haqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması da nəzərdə tutulub”.

Xəbər 3258 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +