Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


15.11.2021  15:22 

Polis rəisi sahibkarı həbs etdirdi - Səbəb?





A+  A-

Ağcabədi rayon Polis Şöbəsinin rəisi, polkovnik Ənvər Ağayevin şikayəti əsasında rayonda fəaliyyət göstərən “Yəhya Petrol” yanacaqdoldurma məntəqəsinin sahibi Füzuli Rüstəmov məhkəmə zalında həbs edilib.

XəzərNews.az xəbər verir ki, polis rəisi Ağcabədi rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayətlə müraciət edərək bildirib ki, Füzuli Rüstəmov 2019-cu il noyabrın 18-də Yutubda videomüraciət yayaraq onun şərəf və ləyaqətini alçaldıb.

Ə.Həsənov qeyd edib ki, sahibkar F.Rüstəmov müraciətində ona məxsus yanacaq doldurma məntəqəsinə polis əməkdaşlarını göndərməklə təzyiq etməsi, həmin məntəqənin bağlanmasını tələb etməsi, sahibkarıq fəaliyyətinə maneçilik törətməsi, həmçinin hər üç aydan bir 10 000 ABŞ dolları məbləğində rüşvət tələb etməsi barədə böhtan xarakterli fikirlər səsləndirib.

Ərizənin davamında bildirilir ki, Füzuli Rüstəmov iyulun 17-də onun qəbulunda olarkən iş adamı olduğunu. Xırdalan şəhərində yüksək mərtəbəli binalar tikdiyini, başqa bir rayonun Polis Şöbəsinin İstintaq Bölməsinin sabiq rəisi tutdurduğunu deyib: “Onun sözünü kəsib bütün bunların mənə aidiyyəti olmadığını dedim və getməsini xahiş etdim. Sentyabrın 28-də xidməti otağımda olarkən şöbənin dəhlizində səs-küy eşitdim, məlum oldu ki, Füzuli Rüstəmov istintaq bölməsinin rəisinin iş otağına gələrək baş təhqiqatçının icraatında olan yol-nəqliyyat hadisəsi törətmiş bir şəxs barəsində toplanmış materialın araşdırılmasına qanunsuz müdaxilə edib.

Həmin araşdırma materialı ilə əlaqədar şöbənin duracağında saxlanılan avtomobilin buraxılması ilə bağlı əsassız tələb irəli sürüb və şöbənin inzibati binasında səs-küy salaraq normal iş şəraitini pozan, ətrafdakılar üçün açıq hörmətsizlik ifadə edən xırda xuliqanlıq hərəkətlərinə yol verib. Həmin vaxt Füzuli Rüstəmovu öz xidməti otağıma dəvət edib məsələ ilə bağlı soruşduqda kobud və nəzakətsiz davranışlarını davam etdirərək mənimlə yüksək səs tonu ilə danışmağa başldı. Sonra mən Füzuli Rüstəmovun hərəkətlərinin qanun çərçivəsində aktlaşdırılması ilə bağlı göstəriş verdim və sonun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərildi. Məhkəmənin sentyabrın 29-da çıxardığı qərarla Füzuli Rüstəmov 5 gün müddətinə inzibati qaydada həbs edildi”.

Polis rəisi Ənvər Həsənov şikayətinin sonunda qeyd edib ki, Füzuli Rüstəmov həbsdən çıxdıqdan sonra, noyabrın 18-də “YouTube” sosial şəbəkəsində çıxış edərək onun barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzdan salan böhtan xarakterli məlumatlar yayaraq onu ağır cinayətdə ittiham edib: “Mən onun işlətdiyi yanacaqdoldurma məntəqəsinə heç polis əməkdaşı göndərməmişəm və ondan rüşvət tələb etməmişəm.



Füzuli Rüstəmovun videoçıxışından sonra rəhbərlik etdiyim polis şöbəsinin kollektivi, yaxın ətrafım və dostlarım arasında nüfuzdan düşdüm, səhhətimdə problemlər yarandı, bir həftədən artıq müddətə əmək qabiliyyətimi itirdim. Mənəvi iztirab çəkərək əsəb xəstəliyinə tutuldum və noyabrın 20-dən 29-dək ambulator müalicədə olundum və həmin müddətdə işə çıxa bilmədim”.

Polkovnik Ənvər Həsənovun şikayəti Ağcabədi rayon məhkəməsi tərəfindən icraata qəbul edilib. Lakin F.Rüstəmov şikayət edərək Ənvər Həsənovun həmin rayonun polis rəisi olduğu xatırlatmaqla, onun işə təzyiq edə biləcəyini qedy edib. Onun şikayəti təmin edilərək iş İmişli rayon məhkəməsinə göndərilib.

2021-ci il mayın 25-də məhkəmənin hökmü ilə Füzuli Rüstəmov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Füzuli Rüstəmovun qərardan verdiyi apellyasiya şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb. Sahibkar Rüstəmov yekunda Ali Məhkəməyə kassasiya şikayəti verib.

İş adamı ərizəsində qeyd edib ki, 2019-cu il iyulun 17-də öz təşəbbüsü ilə deyil, polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisinin dəvəti ilə şöbəyə gedib: “Polis rəisi məni qəbul etdi və 10 min dollar istədi. Sentyabr ayında qohumumun avtomobilini tutmuşdular, bununla bağlı şöbəyə getdim. Polis rəisi Ənvər Həsənovun qəbuluna girən kimi mənə nalayiq sözlər deməyə başladı, sonra isə əsassız sənədləşmə apararaq materialları məhkəməyə göndərdi və məhkəmənin qərarı ilə 5 sutka müddətinə həbs edildim”.

F.Rüstəmov bildirib ki, bundan sonra polisin mənə və ailə üzvlərimə qarşı qərəzli davranışından qorxdum: “Təhlükəsizliyimizin təmin olunması üçün müxtəlif dövlət orqanlarına şikayətlər yazdım, amma bu müraciətlərimə baxılmadığı üçün videogörüntü ilə ölkə rəhbərliyinə müraciət etdim. Məqsədim polis rəisinin qanunsuz hərəkətlərini ölkə rəhbərliyinə çatdırmaq olub”.

Ali Məhkəmənin qərarında qeyd edilib ki, birinci instansiya məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında şikayətin məzmununun Cinayət Prosessual Məcəlləsinə uyğun olub-olmaması, şikayətin İmişli Rayon Məhkəməsinə aid olub-olmaması barədə qanunvericiliyin tələblərinə əməl edilməyib. Kifayət qədər əsaslandırma aparılmadan şikayət icraata qəbul edilərək baxılıb.

Həmçinin bildirilib ki, Füzuli Rüstəmovun yayımladığı video görüntüdən görünür ki, o, pozulduğunu hesab etdiyi hüquqlarının bərpa edilməsi və həmin pozuntulara yol vermiş vəzifəli şəxs barəsində tədbir görülməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edib.

“Vətəndaşların müraciətləri haqqında” qanuna görə dövlət orqanlarının və onların vəzifəli şəxslərinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.

Ali Məhkəmə yekunda həbs edilən Füzuli Rüstəmovun şikayətini qismən təmin edib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək iş yenidən araşdırılması üçün geri qaytarılıb./“Kriminalqafqaz”

Xəbər 2188 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +