Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


15.11.2021  11:55 

Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilmədi





A+  A-

Bakı Apellyasiya Məhkəməsi siyasətçi Tofiq Yaqublunun ölkədən çıxmasına icazə verilməsi üçün etdiyi müraciəti üzrə qərar verib. Məhkəmənin bu gün elan etdiyi qərarla T.Yaqublunun ölkədən çıxışına icazə verilməyib.

XəzərNews.az
xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

T.Yaqublu ərizəsində bildirib ki, Gürcüstanın Bolnisi rayonunda yaşamış və bu il iyulun 11-də vəfat edən anası Hürümələk xanımın məzarını ziyarət etmək üçün onun barəsində tətbiq edilən “stop”un götürülməsini istəyir.

Qeyd edək ki, T.Yaqubluya məhkəmənin hökmü ilə 2 il 6 ay sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzası verilib.

İttihama görə, ötən il martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.

T.Yaqublu ittihamları qəbul etməyib və özünü təqsirli bilməyib.

Xəbər 3841 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +