Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


13.11.2021  21:54 

Pensiya və müavinəti ləğv edilən vətəndaşlar çarəsizdir: dərdi kimə söyləməli?





A+  A-

Dövlətdən ümidi kəsilənlər…

2018-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxta əlillik müavinətləri və pensiyaların ləğv olunmasına start verilib. Bu proses cəmiyyətdə kifayət qədər narazılıq və etiraz doğurub. Çünki 5 ildən bir yenilənən ödənişlər bu dəfə ənənəvi qaydada təsdiqlənməyib. Nazirlər Kabinetinin qəbul etdiyi yeni meyarlar əsasında xəstəlik və əlilliyə görə təyin olunmuş pensiya işlərinin bir hissəsi ləğv olunub.

Narazılıq doğuran əsas məqamlardan biri ondan ibarətdir ki, həqiqətən əmək qabiliyyətini itirmiş, əlil vətəndaşlar da dövlət ödənişlərdindən məhrum edilib. Komissiya onların ötən 5 ildə xəstəxanalarda müalicə almadığını, xəstəlik tarixçəsində yer alan məlumatların pensiya, müavinət üçün yetərli olmadığını əsas gətirir. Bundan başqa, əlilliyin qiymətləndirilməsi pensiya, müavinət kəsildikdən sonra 6-9 ay ərzində aparılır ki, bu müddətdə vətəndaş pulsuz qalır. Eyni zamanda, kütləvi imtinalardan apellyasiya şikayəti imkanları da məhduddur.

Noyabrın 10-da əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirələri zamanı deyib ki, bu il 193 min insanın 5 illik əlillik müddəti bitir:

“Onların heç birinin əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxlanılmayıb. Bu, qanunvericiliklə tənzimlənən məsələdir. Həmin vətəndaşların əlillik müddəti bitdiyindən onlar aidiyyəti üzrə müraciət edərək müvafiq yoxlamalardan keçib, təkrar əlilliklərinin uzadılmasını təmin edə bilərlər. Artıq 45 min təyinat da olub”.



Nazir qeyd edib ki, cari ilin 10 ayında təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. “Xərclərin optimallaşdırılması və əsassız pensiya işlərinin ləğvi üzrə aparılan işlər nəticəsində 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 246 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. Məqsədimiz odur ki, mənimsəmənin, cinayət işlərinin və saxtakarlığın qarşısı alınsın, şəffaflıq olsun. Haqqı çatan insanlar isə bu imkanları əldə etsinlər“, – deyə S.Babayev vurğulayıb.

Bəs, nazirin bəhs etdiyi kütləvi pensiya, müavinət kəsintisi dövründə Azərbaycanda əhalinin sosial vəziyyəti, gəlirlərinin həcmi necə olub?

Rəsmi rəqəmlərə görə, bu ilin ilk 3 rübündə əhalinin hər nəfərinə düşən nominal gəlirlər ötən ilin eyni dövrüylə müqayisədə cəmi 1,5% artıb. Ancaq həmin müddət ərzində ölkədə inflyasiyanın rəsmən 5,2%-ə yüksəldiyini gözdən qaçırmaq olmaz. Bu, o deməkdir ki, nominal gəlirlər 1,5% artsa da, əhalinin real gəlirləri 3,5%-ə yaxın azalıb. Başqa deyimlə, hazırda Azərbaycan vətəndaşının nominal gəlirləri onun dolanışığını ötən illə müqayisədə 3,5% daha az təmin edə bilər. Əhalinin hər nəfərinə düşən nominal gəlirlərin həcmi pandemiyadan öncəki 2019-cu ilin də gerisindədir. Bu ilin 9 ayında həmin göstərici 4 min 219 manat idisə, 2019-da həmin rəqəm indikindən 47 manat çox – 4 min 266 manat olub. Orta aylıq əməkhaqqında artım da inflyasiyadan geri qalıb. Bu ilin ilk üç rübündə orta aylıq əməkhaqqı 725 manat olub. Bu, bir il əvvələ görə 2,2% yüksək olsa da, inflyasiyanın səviyyəsindən geri qaldığı üçün insanların real gəlirinin artdığını demək mümkün deyil. Ötən ilin aprelində sərt pandemiya məhdudiyyətləri tətbiq edilməyə başlananda ölkədə orta aylıq əməkhaqqı 745 manat – indikindən 20 manat daha çox idi.

İqtisadçı Nemət Əliyev bildirir ki, 2018-ci ilin əvvəlindən 2021-ci ilin yeddinci ayının əvvəlinə qədər olan dövrdə 211 min 151 nəfərin pensiyası, müavinəti kəsilib. Belə ki, 2018-ci ildə 58019 min, 2019-cu ildə 54981, 2020-ci ildə 63369, 2021-ci ilin 7 ayı ərzində isə 40782 nəfərin pensiya və müavinəti dayandırılıb: “Hələ bu prosesi 2023-cü ilin əvvəlinə qədər, hətta ondan sonrakı dövrdə də davam etdirmək fikirləri var”.



Bəs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyası, müavinəti kəsilən və buna görə sosial vəziyyəti pisləşən vətəndaşlarla bağlı hansı tədbirlər görüb? Son 3 il ərzində dövlətin özünüməşğulluq proqramlarına cəlb edilən ailələrin sayı artıbmı? Ünvanlı sosial yardım alanların sayında hansı dəyişiklik var?

Dövlət Məşğulluq Agentliyindən əldə etdiyimiz məlumata görə, 2018-ci ildə 7300, 2019-cu ildə 11 minə yaxın, 2020-ci ildə 12548 ailə özünüməşğulluq proqramına cəlb olunub. Cari ildə isə bu rəqəmin 16 min ailəyə çatacağı gözlənilir.

Ünvanlı Sosial Yardımın əhatə dairəsinə gəldikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “pressklub.az”ın sorğusuna cavab olaraq bildirildi ki, 2018-ci ildə 42 701 ailə (173 152 nəfər), 2019-cu ildə 73 093 ailə (302 770 nəfər), 2020-ci ildə 76 827 ailə (322 078 nəfər), 2021-ci ilin 8 ayında artıq 55 500 ailəyə (238 000 nəfər) ünvanlı dövlət sosial yardımı təyin olunub.

“Sosial yardımın orta məbləği 3 il 10 ayda 149 manatdan 270 manata çatıb. Bu da 81 faizlik artım deməkdir. Hazırda ünvanlı dövlət sosial yardımının təyinatı üçün ev şəraitinin yoxlanılması işi ölkə üzrə mərkəzləşdirilir. 16 rayon üzrə artıq mərkəzləşdirilib, ilin sonunadək 46 rayonun mərkəzləşdirilməsi nəzərdə tutulur. Ünvanlı dövlət sosial yardımı üzrə ev şəraitinin yoxlanılması işinin mərkəzləşdirilməsi bu sahədə şəffaflığı təmin etməklə bərabər, ünvanlı yardımın haqqı olan ailələrə verilməsini təmin edir”, – deyə məlumatda qeyd olunur.

Nazirlik bildirir ki, 2021-ci ildə 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə muqayisədə 13,6 dəfə artacağını deməyə əsas verir:

“2021-ci ilin 10 ayı ərzində artıq 12 625 şəxs proqrama cəlb olunub. Digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Həmçinin proqrama aid e-platforma yaradılaraq, aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çəkilişlər ictimaiyyətə açıqlanır”.



Nazirliyin və Agentliyin təqdim etdiyi məlumatlardan görünür ki, son 3 il ərzində özünüməşğulluq proqramına cəlb olunanların və ünvanlı sosial yardım təyin edilənlərin sayı artıb. Amma bu dinamika ləğv edilən pensiya, müavinət sayına uyğundurmu, bunu demək çətindir. Şübhəsiz ki, sosial qurumlar ödənişləri kəsilən vətəndaşların müraciətlərini gözləmədən onların ağır maddi məhrumiyyətlərə düçar olmasına imkan verməməlidirlər. Sayı on minlərlə olan bu ailələrdə körpələr, dava-dərmana, müalicəyə ehtiyacı olan, əmək qabiliyyətini itirmiş vətəndaşlarımız var, onlar taleyin ümidinə buraxılmamalıdır. /pressklub.az/

Xəbər 1808 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +