Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


10.11.2021  16:32 

Fuad Qəhrəmanlı sərsəm fikirlər səsləndirir...





A+  A-

“Azərbaycan rəhbərliyi Putinlə əlbir olub Türkiyənin Qarabağda hərbi iştirakının qarşısını aldı”. Fuad Qəhrəmanlı 10 noyabr anlaşması ilə bağlı belə yazır. Və bu kimi sərsəm fikirlər səsləndirir. Zatən birinci dəfə deyil...

Ümumiyyətlə, AXCP-Milli Şura alyansı müharibə ilə bağlı spekulyasiya ilə məşğuldur.

Demək olar ki, hər gün ortada olan həqiqətləri təhrif etmək üçün min oyundan çıxırlar. Məqsəd aydındır. Qələbəni gözdən salmaq lazımdır. Onların düşnəcəsinə görə, qələbə gözdən düşməyincə İlham Əliyev taxtdan düşməyəcək. Ona görə də belə bir rəy formalaşdırmağa çalışırlar ki, bunlar vətənpərvərdir, İlham Əliyev vətən xainidir. İlham Əliyev qorxaqdır. Əli Kərimli isə şir kimi ürəklidir. Əli Kərimli prezident olsaydı Vladimir Putini qapazlayıb təpiyinin altına salardı.

Onlar iddia edir ki, Şuşa işğaldan azad olduqdan sonra Ordunu Xənkəndinə yeritmək lazım idi. Xankəndinə də Azərbaycan bayrağı taxılmalıydı. Ancaq İlham Əliyev Putinin qorxusundan bunu edə bilmədi və Azərbaycana xəyanət edərək 10 noyabr sazişinə imza atdı.

Bəli, AXCP-Milli Şura yalan-palan danışmaqla məşğuldur. Bu kimi yalanlara etiraz edənlər var. Özü də az deyil.

Xatırladıram, 10 noyabr sazişinə əsasən Azərbaycan bir güllə atmadan Ağdam, Laçın və Kəlbəcər rayonlarını geri aldı. Düşünün ki, siz İlham Əliyevsiz. Rusiya və Ermənistan sənə təklif edir ki, adın çəkdiyim bu rayonları sənə geri qaytarıram. Sən də (yəni İlham Əliyev) deyirsən ki, gedin cəhənnəm olun, mənə Ağdam, Laçın, Kəlbəcər lazım deyil. Mən gedib Xankəndinə Azərbaycan bayrağı sancacam...

Bir daha deyirəm, qış qapını kəsmişdi. Azərbaycan ordusunun irəliləmək imkanları günbəgün məhdudlaşırdı. Sirr deyil ki, ermənilər Ağdamı alınmaz qalaya çevirmişdi. Ağdamı almaq üçün ən azı 2-3 min şəhid verəcəydik.

Laçın və Kəlbəcər dağlıq rayonlardır. O rayonların azadlığı üçün minlərlə itkini göz önünə almaq gərəkirdi. Özü də qışla bağlı müharibəni dayandırmaq zorunda qalacaqdıq. İstilər düşəndə isə Azərbaycana yenidən müharibəyə başlamağa imkan verərdilərmi? Əlbəttə, yox. Çünki dünyanın siyasi mərkəzlərində ciddi dəyişiklik olacaqdı. Ən azı ABŞ-da Tramp iqtidardan gedəcəkdi və ermənilərin ən böyük himayədarı Ço Bayden taxta çıxacaqdı.

Bir daha Xankəndinə qayıdıram. Məlumdur ki, Sovet dönəmində bu şəhərdə ermənilər həmişə çoxluqda olub. Şuşada isə əsasən azərbaycanlılar yaşayıb. Xankəndini boşaltmaq, yəni erməniləri bütövlükdə Dağlıq Qarabağdan qovub çıxarmaq etnik təmizləmə anlamına gələcəkdi. Azərbaycan sonra bunun altından çıxa bilərdimi?

Bir faktı deyim. 44 günlük müharibədə həlak olan yüzlərlə erməni əsgərinin dəbilqələri və Ermənistan Silahlı Qüvvələri qoşunlarının mum manikenləri Bakıdakı Hərbi Qənimətlər Parkından yığışdırılıb. Niyə? Çünki Haaqa Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın irəli sürdüyü tələb Azərbaycan tərəfindən yerinə yetirilib. Niyə Azərbaycan bu qərarı yerinə yetirib? Çünki yerinə yetirməsəydi sonrası daha pis olacaqdı. Daha ağır tələblərlə üzləşə bilərdik.

Fikir verin, Ermənistan bununla kifayətlənmir. Tələb edir ki, Hərbi Qənimətlər Parkı bütövlükdə bağlansın. Bu, hamının bildiyi bir faktdır. İndi düşünün ki, Beynəlxalq Məhkəmədə Azərbaycanı etnik təmizləmə aparmaq siyasətində ittiham edilir. Təsəvvür edə bilirsizmi ki, bunun nəticəsi necə ola bilərdi?..

Bir daha geri qayıdıram. İlham Əliyev haqlı olaraq heç bir döyüş əməliyyatı həyata keçirmədən Ağdam, Laçın və Kəlbəcəri almaq üçün həmin sənədə imza atdı. Nəticədə həmin əraziləri geri aldıq və Dağlıq Qarabağın ermənilər yaşayan əraziləri, o cümlədən Xankəndi Azərbaycan tərəfindən mühasirəyə alınmış oldu. Xəritəyə baxın. Görəcəksiz ki, Dağlıq Qarabağ sanki torbanın içindədir.

Təbii ki, Dağlıq Qarabağdakı indiki durum bizi qane etmir. Biz Dağlıq Qarabağdan separatçı hərbi birləşmələrin çıxarılmasına hələ nail olmamışıq. Azərbaycan qanunları ermənilərin yaşadığı ərazilərdə işləmir. Suveren hüquqlarımızın bərpası uğrunda mübarizə davam edir. Rusiya qoşunlarının Azərbaycanda olması bizə lazımdırmı? Qətiyyən lazım deyil. Bu problemi də ağılla-başla həll etməliyik. Ancaq cırtqozluqla bu iş düzəlməz...



Yaxşı olar ki, AXCP-Milli Şura alyansı Zəfərə mız qoymaq əvəzinə Azərbaycanda milli birliyin güclənməsi üçün konkret iş görsün. Mənim baxışıma görə, sağlam müxalifət bəyan etməlidir ki, biz Qarabağ məsələsində iqtidarla həmrəyik, ona dəstək veririk.

Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edirik. Hesab edirik ki, Türkiyə ilə Azərbaycanın daha da yaxınlaşmalıdır. “Bir millət, iki dövlət” düsturundan “iki dövlət, bir milli ordu” düsturuna keçməliyik.

Eyni zamanda, aşağıdakı məsələlərlə bağlı İlham Əliyevə qarşı müxalif mövqedəyik.
1. Seçkilərin saxtalaşdırılması.
2. Siyasi məhbuslar.
3. Kütləvi korrupsiya və rüşvətxorluq.
4. Media azadlığının olmaması.
5. Klançılıq, regionçuluq siyasətinin dövlət səviyyəsində həyata keçirilməsi.
6. Neft və milyonlar səltənətində xalqın səfalət içində yaşaması.
7. Şəhid və qazilərə biganə münasibət və. s.

Təəssüf ki, bizim müxalifət sağlam mövqe sərgiləmir. AXCP-Milli Şura alyansının yeganə düşüncəsi odur ki, ölkədə qarışıqlıq salıb xaos üzərindən - özlərinin dediyi kimi -inqilabi yolla iqtidarı ələ keçirsinlər.

Mən isə əminəm ki, bizə inqilab yox, təkamül lazımdır. İnqilab olan ölkələri gördük. Yaman günə qaldılar. Erməni kimi məkrli düşməni olan xalqa vətəndaş müharibəsinə yol aça biləcək inqilab lazım deyil.

Bir şeyi də deyim. Bizim xalq olaraq ən böyük problemimiz ondadır ki, baş verən siyasi proseslərə futbol azarkeşləri kimi baxırıq. Yəni mən “Real”ın tərəfdarıyamsa, “Barsilona”nın qapısına nahaq yerə təyin olunmuş 11 metrlik cərimə zərbəsinin haqlı olduğunu sübut etmək üçün özümə əl qatıram. Halbuki hakimin yanlış qərar verdiyini demək hər bir namuslu insanın borcudur.

Mənim baxışıma görə, xalq iqtidarla müxalifət arasında hakim rolunda çıxış etməlidir. Mədəni ölkələrin hamısında bu, belədir. Konkret məsələlərlə bağlı kim haqlıdırsa, onu da müdafiə edirlər. Həm iqtidarın, həm də müxalifətin məsuliyyətli olması üçün bu, son dərəcə vacibdir. Hər birimiz hər şeydən öncə Azərbaycanın marağından çıxış etməliyik. Biz isə toplum olaraq belə fikirləşmirik. Düşüncəmiz belədir ki, birdən elə olmadı, belə oldu. Onda mən pis vəziyyətə düşərəm. Yaxşısı budur ki, səsimi çıxarmayım. Müstafası vətəndaş ola bilmirik. İqtidar da, müxalifət də bu amildən sui-istifadə edir...

Mən hər kəsi iqtidar və müxalifətin yeritdiyi siyasətə qarşı daha tələbkar mövqedən çıxış etməyə səsləyirəm. Həqiqətin yanında olun.

Elə həqiqətin yanında ola bilmədiyimizə görə Azərbaycan bugündədir...

Elbəyi Həsənli

Xəbər 1187 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +