Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.10.2021  10:06 

Brakonyerlər 7000 manat cərimə edilib





A+  A-

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Xaçmaz rayon sakini Ramil Mustafayev, Bakı şəhər sakini Kamal Mehtiyev olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

B.Məhəmmədovun sözlərinə görə, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 560 metr uzunluğunda sintetik tor yığışdırılıb:

“Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən Masallı rayon sakinləri Şiralı Qəmbərov, Rasim İsmayılov, Tovuz rayon sakini Nofəl Qurbanov, İmişli şəhər sakini Cahət Hüseynov, Saatlı rayon sakinləri İlqar Qurbanov, Laçın Mürsəlov, Yevlax rayon sakini Eldar Əliyev saxlanılıb və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktla bağlı akt, protokol tərtib olunub və brakonyerlər ümumilikdə 7000 manat məbləğində cərimə edilib”.

Xəbər 2952 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +