Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


16.10.2021  20:26 

Ələm necə uça bilər axı?





A+  A-

Xatırlayıram, universitetin ilk kursunda idik, dərsdən sonra türkiyəli tələbə yoldaşlarımızın evinə qonaq getmişdik. Əslində, tək məni dəvət etmişdilər, amma qrup yoldaşlarımdan birini özümlə götürmüşdüm və yola körpü sala-sala gəlib çatmışdıq ünvana.

Xoş-beşdən sonra süfrə arxasına keçdik, adətən onlarda yer süfrəsi hazırlanırdı, elə bizim kənddə də yerdən salınmış süfrələrdə çörək yeyirdik...

Mən qardaşlarımızın evində rahat idim, arada bir-birimizi qonaq dəvət edirdik, eyni zamanda kəndimiz Türkiyə sərhəddinə yaxın olduğu üçün gediş-gəlişimiz də var idi, yəni digər rayonlara nisbətən daha artıq idi. Hətta 15 yaşım olanda İstanbulda işləyən kənd uşaqlarına qoşulub işləməyə getmişdim. Yay tətilim fabrikdə keçmişdi, evə qayıdanda hər kəsə əyin-baş almışdım...

Bərabər gəldiyimiz qrup yoldaşım isə anlamadığım, daha doğrusu birazdan anlayacağım səbəbdən narahat idi, tikan üstündə oturubmuş kimi sağa-sola devikirdi, arada vaxtının az olduğu barədə mızıldanırdı...

Nəhayət, süfərəyə yemək gəldi, tələbə süfrəsinin vazkeçilməzi mərcimək supu tam önümüzdə buğlanır, insan istər-istəməz xoşhal olurdu...

Anadolulu qardaşlarımız bizdən fərqli olaraq yeməkləri ayrı-ayrı qablara çəkmirdilər, sup və ya digər yeməklər elə ümumi qabdan yeyilirdi, hərə əlinə bir qaşıq alıb qaşıqlayırdı. Təbii, hər kəs insaflı davranırdı ki, digərinin payını da yeməsin...

Elə qaşığı əlimə alıb yeməyə başlamaq istəyirdim ki, gözüm tələbə yoldaşıma sataşdı. Üzündə əzablı amma mətin ifadə ilə divarın dibində oturduğu döşəkcənin üstündən tərpənmirdi. Hansı ki, yol boyunca dəhşətli ac olduğu haqqında etiraflar edirdi.

Ev sahibləri və mən nə illah ettiksə alınmadı, toxam dedi, sizə nuş olsun...

Anlamadım, amma nə isə. Yemək yedik, çayı bərabər içdik və çıxdıq. Əslində, mən bir az daha oturardım, intəhası acından əsəbləri tarıma çəkilən qrup yoldaşım üzümə qanlı-qanlı baxırdı...

Binadan çölə çıxan kimi yaşda məndən böyük olmasının da verdiyi ərkyana tövrlə üstümə çəmkirdı:

- Səndə heç təəssübkeşlik yox imiş...

Düzü heç gözləmirdim, özüm də təccübləndim, evdə də havadan-sudan danışmışdıq.
Niyə? - deyə heyrətlə üzünə baxdım - yemək niyə yemədin?

Tələbə yoldaşım başını yuxarı doğru qaldırdı, baxışlarını naməlum nöqtəyə dikdi və məğrur səs tonu ilə şəstlə cavab verdi:

- Mən sünnülərlə bir qabdan yemək yemənəm...

Sonra da məni xeyli danladı ki, bəs, biz Əli rəiyyətiyik, o vaxtlar hakimiyyəti bizim əlimizdən bunlar alıblar, su içəndə boşuna Yezidə lənət demirik ki, aşurada uçan ələm adama qənim olar, dağ-daş qan ağlayar və sairə...

Hətta biraz da vəcdə gələrək, köynəyinin qolunu yuxarı çəkdi, biləyinə bağladığı qara lenti göstərdi. Sən demə hər bir əhli-şiə uçan ələmdən bir parça kəsib biləyinə bağlamalı imiş.

Onu kimsə yerdən qaldırır, adicə müqəvvadır - deyə etirazım isə dostumu lap özündən çıxardı...

Arada yolun kənarından peraşki alıb yedi, sonra ağzını sildiyi salfet kağızını əlində yumrulayıb yolun kənarına atdı, ardınca müvafiq olaraq Ömər və Yezidə lənət oxudu. Arxasınca yenə məzhəb tarixinin dərinliklərinə baş vurdu. Sonra sağollaşdıq...

Ondan sonra heç vaxt onu özümlə aparmadım.

Ələmin uçmağı isə mübahisəli qaldı...

Bəhruz Həsənov

Xəbər 1947 dəfə oxunub.




08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +