Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


23.09.2025  18:25 

Telman İsmayılovun Monikası Tim Burtonla ayrıldı





A+  A-

İtalyan aktrisa Monika Belluççi sentyabrın 21-də “Vogue Italia”ya verdiyi müsahibədə amerikalı rejissor Tim Burtonla ayrılığını şərh edib. Bu, cütlüyün sentyabrın 19-da ayrıldıqlarını elan etməsindən sonra aktrisanın mövzu ilə bağlı ilk açıqlaması olub.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, Belluççinin sözlərinə görə, həyatda müəyyən məqamlarda yollar kəsişir və onların münasibəti də belə başlanıb:

“Biz yolun bir hissəsini birgə keçdik, sonra isə yollarımız ayrıldı. Amma Tim həmişə qəlbimdə xüsusi yer tutacaq”, – deyə aktrisa bildirib.

Mediada Belluççi və Burtonun münasibəti barədə ilk məlumat 2023-cü ilin fevralında yayılmışdı. Həmin ilin yayında aktrisa “Elle France”a müsahibəsində rejissora sevgisini təsdiqləmiş və onların görüşünü “həyatda nadir rast gəlinən” adlandırmışdı.

59 yaşlı Belluççi bir il əvvəl “Madame Figaro”ya açıqlamasında Burtonla münasibətini “yaradıcılığa həyat verən şəriklik” kimi xarakterizə etmişdi.

Qeyd edək ki, bir zamanlar Belluççi müflis olmuş azərbaycanlı iş adamı Telman İsmayılovun tez -tez qonağı olurdu.

Xatırladaq ki, Belluççi 1999–2013-cü illərdə fransız aktyor Vinsent Kassell ilə evli olub. Cütlüyün Deva və Leoni adlı iki qızı var. Daha sonra aktrisa fransız rəssam Nikolas Lefevre ilə münasibətdə olub, lakin 2019-cu ildə ayrılıblar.

Tim Burton isə 13 illik münasibətdən sonra 2014-cü ildə britaniyalı aktrisa Helena Bonham Carterdən ayrılıb. Onların iki övladı – oğlu Billy Raymond (2003) və qızı Nell (2007) var.

Belluççinin 60 illik yubileyi sentyabrın 30-da qeyd olunacaq. Rejissor Burton isə avqustda 67 yaşını tamamlayıb.



Xəbər 3630 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +