Saakaşvili xəstəxanaya yerləşdirilməlidi
Hacı İlqar İbrahimoğlu saxlanıldı - Yenilənib
Elnur Əşrəfoğlu vəfat etdi
“Azyaşlını zorlayan niyə azaddır?” - Aksiya
Koronavirusa yoluxanların sayı artı - 2102 nəfər
Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edildi
Zalmay Xəlilzadə istefa verib
Kukla Teatrının direktoru işdən çıxarıldı
9 ayda 60,9 milyon manat güzəştli kredit verilib
Metro və avtobuslarda gediş haqqı 1 manat olacaq?


13.10.2021  12:34 

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin şübhəli tenderi haqda ilginc gəlişmə





A+  A-

ASC İqtisadiyyat Nazirliyinin “nəticəni ləğv edin” göstərişinə məhəl qoymur

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti (bundan sonra qısaca müdriyyət yazacağıq-E.B.) “Yeni Müsavat”ın ötən saylarından birində dərc olunan yazıya rəsmi məktubla münasibət bildirib.

Müdiriyyət məktubunda qeyd edir ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirdiyi şübhəli tender etiraz doğurdu" sərlöhvəli yazıda yer alan məlumatlar araşdırılıb. “Bizim tanıdığımız şirkətlərə sorğu göndərməyimizlə bağlı bildiririk ki, Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisinin I və II mərhələləri üzrə tikinti altına düşən daşınmaz əmlakların qiymətləndirilməsinin satın alınması açıq tender üsulu ilə deyil, kotirovka sorğusu usulu ilə seçilmişdir. Belə ki, ”Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən satınalan təşkilat sayı üçdən az olmamaq şərti ilə potensial imkanı olan malgöndərənlərin siyahısını tərtib etmək və onlara şərtlər toplusu ilə birlikdə sorğuda iştirak üçün dəvət göndərmək məcburiyyətindədir", - deyə müdiriyyətin məktubunda qeyd olunur.

Hüquqşünaslar deyirlər ki, tenderlərdən fərqli olaraq qanunda kotirovka sorğusu ilə bağlı şirkətlərə dəvət göndərilməsi yasaq olunmur. Amma bu halda da hər hansı bir qanundankənar şərt irəli sürülə bilməz. Əsas meyar büdcə vəsaiti hesabına görüləcək işlərin daha ucuz və daha keyfiyyətlə gerçəkləşdirilməsidir.

Müdiriyyət məktubunu bu cümlələrlə davam etdirir: “Buna əsasən müdiriyyət işinə bələd olduğu və əvvəllər də dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakların qiymətləndirilməsində kifayət qədər təcrübəsi və potensial imkanı olan üç təşkilata kotirovkada iştirak üçün dəvət göndərmişdir. Rəfail müəllimlə bağlı qərəzli və absurd iddia ilə bağlı isə belə böhtan xarakterli məlumatların qəzetinizdə dərc olunmasına çox təəssüf etdiyimizi bildiririk”.

XəzərNews xəbər verir ki, bu barədə “Yeni Müsavat” bildirir ki, Rəfail müəllimin qanunsuz tələblər irəli sürməsini Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin 39 üzvü bildirib və bu barədə əllərində yazışma da var.

Müdiriyyətin məktubunun davamı belədir: “Bununla bağlı nəzərinizə çatdırırıq ki, ”Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçirilən kotirovka sorğusu üzrə 12 avqust 2021-ci il tarixində “Xalq” qəzetində və www.etender.gov.az rəsmi saytında elan yerləşdirilmişdir. Elanın dərc olunduğu gündən kotirovkanın keçirildiyi günə qədər heç bir maneə yaradılmadan 11 təşkilat müdiriyyətə elektron qaydada müraciət edərək, iştirak üçün şərtlər toplusunu tələb etmiş və hər bir təşkilata həmin anda, müraciət etdikləri gün kotirovkanın şərtlər toplusu tərəfimizdən rəsmi məktubla, elektron qaydada təqdim olunmuşdur. “Merion S Emlak” şirkətinin kotirovkanın qalibi seçilməsi ilə bağlı bildiririk ki, keçirilən kotirovka sorğusunda ümumiyyətlə “Merion S Emlak” adında qiymətləndirici şirkət iştirak etməmişdir. Sorğuda “Merion Qiymətləndirmə Mərkəzi” MMC iştirak etmişdir. Bildiririk ki, “Merion Qiymətləndirmə Mərkəzi” MMC qeyd etdiyiniz kimi 1 ay qabaq deyil, 2018-ci ilin iyun ayında Dövlət qeydiyyatına alınmışdır. Həmçinin nəzərinizə çatdırıq ki, “Merion Qiymətləndirmə Mərkəzi” MMC-nin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 və 36.3 bəndlərində göstərilən formal tələbləri pozduğunu və ehtimal qiymətdən 94 faiz aşağı - 2800 manat qiymət təklif etdiyini nəzərə alaraq “Merion Qiymətləndirmə Mərkəzi” MMC Tender Komissiyası tərəfindən keçirilən kotirovkadan kənarlaşdırılmış və bu barədə “Merion Qiymətləndirmə Mərkəzi” MMC-yə rəsmi məlumat verilmişdir. Yuxarıda qeyd olunan faktları nəzərinizə çatdırırıq və qəzetinizdə nəzərə almağınızı xahiş edirik".

Göründüyü kimi, kotirovka sorğusunun qanuni keçirildiyini iddia etsə də, faktiki olaraq qalib elan etdiyi MMC-nin kotirovkadan uzaqlaşdırıldığını yazır.

Yada salaq ki, kotirovka sorğusunun keçirilməsində qanunsuzluqlara yol verilməsinə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) etiraz bildirmişdi. AQC-dən “Yeni Müsavat”a bildiriblər ki, yazı dərc olunandan sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələyə qarışıb və onlara aşağıdakı məzmunda məktub yazılıb: "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların tikintisi obyektinin I və II mərhələləri (P1, P2, P3, P4, P5, P6, P7 və P8) üzrə tikinti altına düşən 937 mülkiyyətçiyə məxsus daşınmaz əmlakın qiymətləndirilməsi işləri"nin satın alınması məqsədilə keçirilmiş kotirovka sorğusu proseduru barədə 06.09.2021-ci il tarixli (daxilolma qeydiyyatı: 7s/1262, 07.09.2021) müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır.

Bununla əlaqədar bildiririk ki, dövlət vəsaitlərinin qənaətlə və səmərəli xərclənməsi, bütün iddiaçılar arasında bərabər rəqabət imkanlarının yaradılması və ayrı-seçkiliyə yol verilməməsi məqsədilə keçirilmiş kotirovka sorğusu prosedurunun nəticəsinin ləğv olunması barədə Dövlət Xidməti tərəfindən Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinə 19.09.2021-cı il tarixli AİBNDX-15/01-5/6453p nömrəli məktub göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən satınalma yenidən keçiriləcəyi halda satınalan təşkilatın tender komissiyasına müraciət etməyiniz tövsiyə olunur”.

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kotirovka sorğusu prosedurunun nəticəsinin ləğv olunması barədə göstərişi tam olaraq yerinə yetirilməyib. Bu dəfə Müdiriyyət “Privat Co” MMC-ni öz istəyinə uyğun olaraq qalib elan edib. Halbuki kotirovka sorğusunun keçirilməsində yol verilən qanunsuzluqlar, xüsusilə kotirovkada iştirak etmək istəyən, müdiriyyətə yad təşkilatlardan mövcud olmayan Qiymətləndirmə Şurasından arayış tələb olunması iddiası da qalmaqdadır.

Ən başlıcası isə qanunun “bütün iddiaçılar arasında bərabər rəqabət imkanlarının yaradılması və ayrı-seçkiliyə yol verilməməsi” tələbi də açıq-aşkar pozulub. Bununla belə, müdiriyyət inad göstərib dövlətin pulunu qanundankənar üsula baş vurmaqla xərcləmək həvəsindən əl çəkməyib. Bu qeyri-sağlam həvəsin qaynağını da hüquq-mühafizə orqanları araşdırmalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən hər bir rayonun inkişafı ilə bağlı lazımi addımlar atılacağını deyib.

“Əsas infrastruktur layihələrinin başa çatması o demək deyil ki, biz bu maliyyə və maddi dəstəyi kəsəcəyik. Yox, verəcəyik, ancaq məqsədyönlü şəkildə, ancaq bütün qaydaları nəzərə almaq şərtilə verəcəyik. Bir də ki, həbs edilmiş icra başçıları, - təkcə Cəlilabad, Şəmkir rayonlarından söhbət getmir, - digər rayonlarda da tender prosedurlarını kobudcasına pozurdular. Yəni, dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onun müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır”, - dövlət başçısı bildirib.

Xəbər 628 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2021  20:15 

Elnur Əşrəfoğlu vəfat etdi

19.10.2021  15:09 

Zalmay Xəlilzadə istefa verib

19.10.2021  12:28 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +