Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


13.10.2021  12:25 

Siyavuş Novruzov istiqlalçı deputatlara qarşı





A+  A-

Cümşüd Nuriyev: “Rusiyanın ”beşinci kolon"u yenə fəallaşır və milli birliyimizi pozmağa çalışır"

Milli Məclisin oktyabrın 11-də keçirilən iclasında “Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar Siyavuş Novruzovla Vahid Əhmədov arasında gərginlik yaranıb. S.Novruzov “bəzi şəxslər”in özünü “istiqlalçı deputat” adlandırmasına etiraz edib.


O qeyd edib ki, Azərbaycan SSRİ məkanında öz müstəqilliyini ən gec elan edən ölkələrdən olub: “Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”.

Vahid Əhmədov isə Siyavuş Novruzova sərt cavab verib. Qeyd edib ki, indi burada danışmaq çox asandır: “Bu zalda referendumla əlaqədar 43 deputat Azərbaycanın SSRİ-dən ayrılmasına səs vermişdi. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”.

Qeyd edək ki, Vahid Əhmədov hazırda Milli Məclisdə təmsil olunan 3 istiqlalçı deputatdan biridir.

Siyavuş Novruzovun fikirləri istiqlalçı sabiq deputat Cümşüd Nuriyevi də narazı salıb. C.Nuriyev bu barədə “Yeni Müsavat”a bildirdi ki, Siyavuş Novruzov çox böyük səhvə yol verir:

“Biz 1991-ci ilin martında SSRİ-nin saxlanılması üçün referendum keçirilməsinin əleyhinə səs vermişik. Bu, faktiki olaraq SSRİ-yə meydan oxumaq və müstəqillik tərəfdarı olmağın nümayişi idi. 43 nəfər istiqlalçı deputat faktiki olaraq özlərinin, yaxınlarının həyatını riskə atmışdılar. Çünki SSRİ mövcud idi və heç kəs bilmirdi ki, SSRİ dağılacaq, ya dağılmayacaq. Ali Sovetdə keçirilən səsvermədə referendumun əleyhinə səs verən həmin 43 deputat və 1 nəfər bitərəf qalan deputat SSRİ DTK-nın qara siyahısına daxil edildi. Hətta bizim hamımıza cinayət işi açılması məsələsi gündəmə gəldi. Amma prezident Ayaz Mütəllibov cinayət işinin icraatına imkan vermədi. Siyavuş Novruzovun bunlardan xəbəri yoxdur. Xəbəri olsaydı, istiqlalçı deputatlara qarşı aşağılayıcı formada çıxışlar etməzdi. Siyavuş Novruzov məgər bunu da bilmir ki, ümummilli lider Heydər Əliyev istiqlalçı deputatlar siyahısında birinci yerdə idi? Bunu ki, bilir. O zaman bu nə təfəkkürdür, bu nə yanaşmadır sərgiləyir? Heydər Əliyev axı yanlış bir addım atmamışdı, ən düzgün addımı atmışdı. İndi belə çıxır ki, Siyavuş Novruzov Heydər Əliyevə qarşı da çıxır?! Açığı, mən Siyavuşdan belə bir hərəkət gözləmirdim. Əgər Siyavuş Novruzovu YAP-dakı vəzifələrindən çıxarıblarsa və nədənsə inciyibsə, bu, bizim-istiqlalçı deputatların günahı deyil”.



Cümşüd Nuriyev

C.Nuriyevin sözlərinə görə, ya Siyavuş Novruzov vəzifədən uzaqlaşdırıldığı üçün Heydər Əliyevin də daxil olduğu istiqlalçı deputatlar fenomeninə qarşı çıxır, ya da kənar qüvvələrin təsiri ilə milli birliyə zərər vuran mövqe sərgiləyir: “Fikirləşib danışsın... Axı bu şəkildə olmaz! Mən istəməzdim ki, deputata bu sözləri deyim. Bir şeyi dərk eləmək lazımdır. Həmin 43 nəfərin hamısının həyatı təhlükədə idi. Bu şəxslər bunu bildikləri halda geri çəkilməmişdilər. Siyavuş deputatdır, getsin DTX-nın arxivi ilə maraqlansın, o zaman görəcək ki, istiqlalçı deputatların hamısına cinayət işi açılmışdı. Sadəcə, dediyim kimi, Ayaz Mütəllibov işin icraata götürülməsinə imkan verməmişdi və məsələ böyümədi. İstiqlalçı deputatlar tam nəzarətə götürülmüşdülər. O adamların hamısının taleyi SSRİ dağılana qədər qaranlıq idi, hər an 37-ci ilin repressiyası təkrarlana bilərdi. İndi müstəqil respublikamızın Milli Məclisində deputat kürsüsündə oturub danışmaq çox asandır. İstiqlalçı deputatlara qarşı çıxış eləyənlərin fikirlərinin arxasında ”niyə mən yox, başqası" kimi psixoloji kompleks var. Allah elə etdi o missiya bizim üzərimizə düşdü. Buna görə günahkar deyilik axı. Bizə nifrətlə yanaşmaq düzgün deyil".

C.Nuriyev dedi ki, istiqlalçı deputatlara müəyyən imtiyazlar verilməsi, onların qiymətləndirilməsi, təqaüdlə təmin edilmələri kimi məsələlər bu günə qədə həllini tapmayıb: “Ramiz Mehdiyevin dövründə Səfa Mirzəyev Konstitusiya Məhkəməsinin səlahiyyətini üzərinə götürüb istiqlalçı deputatların əleyhinə olan addımlar atıb. Bu günə qədər istiqlalçı deputatların pensiyalarının verilməməsinin mənbəyində bu durur. Mən sevinirəm ki, artıq istiqlalçı deputatların pensiyası və onlarla bağlı digər məsələlər müzakirə olunur, Cənab Prezident İlham Əliyev bu işə müsbət yanaşır. İndi yenidən kimlərinsə istiqlalçı deputatlara qarşı aşağılayıcı tonda çıxışlar etməsi suallar yaradır. Belə qənaətə gəlirik ki, məsələnin müsbət həll edilməsinin qarşısını yenə kimlərsə almağa çalışır. Eyni zamanda Rusiyanın ”beşinci kolon"u yenə fəallaşır və milli birliyimizi pozmağa çalışır. Bizi danışdırmasınlar, biz danşsaq, çox məsələlər ortaya çıxacaq. Bizi incitməsinlər. Biz abırmızdan susuruq. Ancaq hər şeyin bir həddi var. Başqaları ilə bizi qarışdırmasınlar. Dövlət özünün istiqlalçı deputatlarına sahib çıxmaq istəyirsə, buna kimlərsə qarşı çıxırsa, demək, burada kənar təsirlər var və milli birliyimizi istəməyən qüvvələr hərəkətə keçib. İstiqlalçı deputatların yarıdan çoxu dünyasını dəyişib. Qalanlara heç olmasa haqlarını versinlər".

XəzərNews

Xəbər 1690 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +