Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.10.2021  12:10 

Paşinyan Putindən nə istəyəcək? - Elxan Şahinoğlunun ŞƏRHİ





A+  A-

İkinci Qarabağ müharibəsini sonlandıran 10 noyabr bəyanatının imzalanması tarixinə cəmi bir ay qalıb. Bəyanatın bəndləri Ermənistan tərəfdən yerinə yetirilmir, Qarabağdakı erməni separatçıları tərksilah olunmayıb, rusiyalı hərbçilərin Laçın dəhlizində qurduqları postlar müəammalı yüklərin, o cümlədən başqa ölkələrin vətəndaşlarının Qarabağa daxil olmalarına seyrçidir, Zəngəzur dəhlizinin açılması da yubanır. Bu arada, atəşkəsin pozulması hallarına da rast gəlinir.

XəzərNews xəbər verir ki, Qarabağdakı hazırkı vəziyyəti şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Rusiya yeni müharibə istəmir, ancaq münaqişənin tam həlli üçün separatçıların tərksilah olunması və Zəngəzur dəhlizinin açılması üçün İrəvana təzyiq də etmir.

“Moskva Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın irəli sürdüyü “altılıq formatına” (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya və İran) dəstək versə də, yeni regional formatın təsisi üçün fəal siyasət yürütmür”.

Ermənistanın baş naziri Nikol Paşinyan 12 oktyabrda Moskvaya dəvət edilib. Kreml sahibi Vladimir Putin Paşinyana nələri izah edəcək?

“Aydındır ki, Paşinyan Putinə növbəti dəfə Azərbaycandan şikayət edəcək. Paşinyan əsir hesab etdikləri diversantların geri qaytarılmasını, Ermənistan ərazilərinə “daxil olan” Azərbaycan sərhədçilərinin geri çəkilməsini və Qarabağın statusuyla bağlı Minsk Qrupu çərçivəsində danışıqların başlanılmasını istəyəcək. Vladimir Putin prosesə Minsk Qrupu həmsədrlərinin qatılmasına etiraz etməyəcək. Putin anlayır ki, rəsmi Bakı birmənalı şəkildə Qarabağın statusunu heç kimlə müzakirə etməyəcək. Buna baxmayaraq, Kreml Vaşinqton və Paris vasitəsilə Azərbaycana və Türkiyəyə təzyiqin artırılmasına tərəfdardır. Kreml sözdə Azərbaycan və Türkiyəni tərəfdaş adlandırsa da, hər iki dövlətin Cənubi Qafqazda hərbi mövqelərinin möhkəmlənməsini istəmir”,-deyə politoloq vurğulayıb.

Ekspertin sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsində vasitəçi olmağa hazırdır.

“Kreml bununla bağlı təfklilərini həm Bakıya, həm də İrəvana göndərib. Təkilifin mahiyyəti barədə məlumat yoxdur. Putin Paşinyanla görüşdə Ermənistanın baş nazirini həmin təkliflərə razı salmağa çalışacaq. Paşinyandan sonra böyük ehtimalla Moskvaya Azərbaycan prezidenti İlham Əliyev dəvət ediləcək və onun da Kremlin təklifinə münasibəti öyrəniləcək”.

Siyasi şərhçi deyir ki, rəsmi Bakı sərhədin müəyyənləşməsi məsələsində Moskvanın vasitəçiliyini qəbulu qarşılığında Zəngəzur dəhlizinin açılması məsələsində Kremldən tutarlı addımlar tələb edə bilər.

“Münaqişənin bitməsinin bir ilində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması real deyil, çünki İrəvan hələ Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə hazır deyil. Buna baxmayaraq, iki məsələ - Zəngəzur dəhlizinin açılması və sərhədin müəyyənləşməsiylə bağlı danışıqlar başlaya bilər”.

Xəbər 1347 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +