Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.10.2021  11:50 

Milli Məclisin növbədənkənar sessiyası: Hansı deputat daha fəal idi?





A+  A-

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilir.

XəzərNews xəbər verir ki, iclasın cari məsələlər müzakirə olunan hissəsində deputatlar onları narahat edən məslələrdən danışıblar.

Deputat Rəşad Mahmudov universitetlərdə hamilə və uşaq əmizdirən xanımlarla bağlı qarşılaşdığı məsələni müzakirəyə çıxarıb: “Koronavirusun yayılmasının qarşısının alınmasında peyvəndlənmə mütləqdir. Uşaq əmizdirən və hamilə xanımlardan universitetə, ya da təhsil müəssisələrinə daxil olarkən onlardan vaksin pasportu tələb olunur. Bir tələbə xanım öz istəyi ilə bunu qəbul etməyərək, universitetdə tələbə adından imtina edib. Amma biz hamilə və uşaq əmizdirən xanımları məcbur edə bilmərik. Həmçinin əks göstəriş sertifikatı da istənməməlidir. Hesab edirəm ki, universitetlər və təhsil müəssisələri onların təhsil almaları üçün anlayış göstərməlidirlər”.

Deputatı Fazil Mustafa tıxaclara münasibət bildirib. Onun fikrincə, son vaxtlar ən vacib məsələlərdən biri Bakının tıxac məsələsidir: "Bu gün sıradan vətəndaşlar, məktəbə uşağını aparan valideynlər, deputatlar da bu problemlə qarşılaşır. Dünyanın hər yerində tıxac problemi var, amma orda bu işlə məşğul olan bir qurum var. Azərbaycanda isə tıxac problemini üstünə götürmək istəyən qurum yoxdur. Yol polisi yolu tənzimləyə bilmir. Yol bağlanır, alternativ yol qoyulmur. Vaxt itkisi, fəlakətli vəziyyət böyüyür. Təklif edirəm ki, bu sahədə müvafiq qurumlar çıxıb cəmiyyətə məlumat versinlər ki, bu problemin həlli üçün 1 il sonra hansı proqramları var?! Bakı ağır yüklənmiş şəhərdir”.

Deputat Aqil Abbas bildirib ki, çox qəribədir, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın Mədəniyyət mərkəzi yoxdur.

O qeyd edib ki, Prezident İlham Əliyev Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı adlandırılması ilə bağlı sərəncam verib. Amma Şuşanın Mədəniyyət mərkəzi Sumqayıt şəhərinin nəzdinə veriblər:

“Necə olur ki, Şuşanın Mədəniyyət mərkəzi Sumqayıtın tabeliyinə verilir?! Sumqayıtdan hələ bir tarzən çıxmayıb. Mədəniyyət Nazirliyinin Şuşa regional şöbəsi Sumqayıtdan ayrılmalıdır. Bu, şuşalıların tələbidir. Şuşa yenidən tikilir. Camaat da il yarıma Şuşaya qayıdacaq. Belə olanda onlar Şuşadan Sumqayıta gələcək?! Mədəniyyət Nazirliyindən bu məsələni nəzərə alınmasını təklif edirəm".

Spiker Sahibə Qafarova isə cavab olaraq artıq Şuşanın işğaldan azad olunduğu, bütün qurumların şəhərə qaytarılacağını xatırladıb: “Niyə düşünürsünüz ki, bu sadaladıqlarınız ayrılmayacaq?!".

Deputat Sabir Rüstəmxanlı parlamentdə ölkədə müxtəlif sahələrdə baş verən bahalaşmaya etiraz edib. Deputat parlamentdə ölkədə qiymət siyasətinə kimin baxdığını sorğulayıb: “Ölkədə bahalaşma ildırım sürəti ilə gedir. Benzin qalxan kimi hər şey qalxır. Təklif edirəm ki, bu məsləyə ayrıca yığıncaq təşkil edək və bilək ki, əhalinin real gəliri ilə qiymətlərin artması uyğundur ya yox".

Deputat Elman Məmmədov təklif edib ki, Qarabağ Regional Mədəniyyət Mərkəzi yaradılsın: "Həmin mərkəz isə Şuşada yerləşdirilsin".

Deputat Azay Quliyev Ermənistanın Vətən müharibəsi dövründəki əməllərinə adekvat cavab verilmədiyi məsələsinə toxunub. O, ötən ilin bu günü Gəncənin ballistik raketlərdən atəşə tutulmasını xatırladıb.

Deputat bildirib ki, Ermənistanın törətdiyi əməllərinin cavabını alması üçün biz işi davam etdirməliyik: " Eyni zamanda, parlament də Ermənistanın bu əməllərinin dünyaya çatdırılması üçün fəaliyyət göstərməlidir”.

Deputat Aydın Mirzəzadə isə bildirib ki, iranlı deputatlar, rəsmilər, hətta generalların Azərbaycana qarşı təhdidləri səngimək bilmir. Onun sözlərinə görə, həmkarı Bəhruz Məhərrəmov İranla bağlı fikrini deyəndə deputatlar onu məzəmmət edib: “Amma bu gün İran parlamentində Azərbaycanın müstəqilliyi şübhə altına alınır. Heç bir İran generalının təhdidi Azərbaycanı qorxutmayacaq. İranın etdikləri ilk növbədə özünə ziyandır”.

Sahibə Qafarova qeyd edib ki, B. Məhərrəmova parlamentin reaksiyası Azərbaycanın dostluq, humanitar siyasətinin davamı idi.

Xəbər 1250 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +