“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi
Xərclər artır - Vətəndaşları nə gözləyir?
Bu avtobuslara qiymət artımı şamil edilməyəcək
Rafiq Məmmədhəsənov təltif edildi - Sərəncam


30.08.2025  15:32 

Soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb





A+  A-

Xaricdə yaşayan soydaşlarımız üçün “Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb.

XəzərNews.az xəbər verir ki, layihənin məqsədi xaricdə yaşayan soydaşlarımıza ana dilini, milli kimliyi öyrətmək, milli şüurlu insan kapitalı formalaşdırmasını və qorunmasını təmin etməkdən ibarətdir.

Yaş qrupları:

Kiçik yaş qrupu: 6–10 yaş

Orta yaş qrupu: 11–13 yaş

Yuxarı yaş qrupu: 14–18 yaş

Tədris prosesi:

Onlayn dərslər 15 sentyabr 2025-ci ildən etibarən başlayacaq.

Dərslər həftədə 2–3 dəfə olmaqla onlayn şəkildə keçiriləcək.

Təcrübəli müəllimlər tərəfindən tədris edilən dərslər interaktiv və maraqlı formada aparılacaq.

Proqram 3 səviyyədə – başlanğıc, orta, yüksək – olmaqla hazırlanıb.

Müraciət və seçim:

Layihədə iştirak etmək istəyən şəxslər yaş qruplarına, dil bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər və dərslərə qoşulacaqlar. Bunun üçün əvvəlcədən təşkil ediləcək qısa dil yoxlamasından keçmək tələb olunur.

Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunacaq.

Xəbər 2320 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +