Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


11.10.2021  10:09 

Hacı Surxay: “Qeyrət nümayiş etdirib, mənə irad tutanlar, sözüm sizlərədir“





A+  A-

“Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqının əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərinin mahir daşıyıcılarıdır, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!”.

XəzərNews xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli deyib.

Onun sözlərinə görə, müharibədə döyüş də var, şəhidlik də var: “Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir”.

S. Məmmədli sözlərinə belə davam edib: “Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Hazırda ölkənin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır və onların ailə üzvləri ilə görüşlər keçirilir. Belə həssas günlərdə məni heyrətləndirən və düşündürən bir məsələni sizlərə bölüşmək istəyirəm, əziz xalqım.

Çox maraqlıdır...

Məhərrəm ayında qeyrət nümayiş etdirib, mənə irad tutanlar, sözüm sizlərədir: "Bu aylar Şəhidlərimizin il dönümü ərəfəsidir, Anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır, onların ruhuna dualar oxunur, sizlər isə toy edirsiniz...

Bəs buna sözünüz nədir, bunu kimin adına yazacaqsınız?!

Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədim bu günlər üçün idi. Şəhidlərimizin anım günlərində toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf, ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında İmamımıza yas tutduğumuz kimi bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram edirik”.

Xəbər 1077 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +