Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


26.09.2021  12:04 

Azər Həsrət ABŞ Konqresmenlərinə maddə-maddə izah yazdı





A+  A-

Azərbaycanın Əməkdar jurnalisti, ictimai-siyasi fəal və bayraqdar.info saytının qurucu-redaktoru Azər Həsrət ABŞ Konqresinin Kaliforniyadan olan üç nümayəndəsinin Azərbaycana qarşı qərəzli təşəbbüsünə açıq məktubla cavab verib.

Xəbər verildiyi kimi, ABŞ Konqresinin ermənilərin sıx yaşadığı Kaliforniyadan olan üzvləri Toni Kardenas (Tony Cárdenas), Adam Şiff (Adam Schiff) və Brəd Şerman (Brad Sherman) Nümayəndələr Palatasında müzakirə edilən Milli Müdafiə Səlahiyyətləndirmə Qanununa (National Defense Authorization Act) Azərbaycanla bağlı əsassız əlavələr təklif edib.

Bu əlavələrə görə, guya Azərbaycan Ermənistana təcavüz edib. Eyni zamanda Türkiyə və Azərbaycan dövləti 2020-ci ilin 44 günlük savaşında xarici muzdlulardan yararlanıb. Həm də iddia olunur ki, Azərbaycan qadağan olunmuş silah və sursatlardan istifadəyə yol verib. Daha bir əsassız iddia isə Azərbaycanın hələ də hərbi əsirləri saxlamasıyla bağlıdır. Üstəlik iddia edilir ki, Azərbaycan bu savaşda minlərlə mülki Ermənistan vətəndaşını öldürüb.

Ümumilikdə anti-Azərbaycan məqsədi daşıyan əlavələri adı keçən 3 nəfərlə bərabər daha 13 konqresmen də dəstəkləyib. Onların da 7-si Kaliforniya Ştatını təmsil edir. Beləliklə ümumilikdə 16 konqresmen Azərbaycana qarşı əlavələri dəstəkləyib ki, onlardan 10-u məhz ermənilərin təsir imkanları geniş olan Kaliforniyadandır. Digərləri isə ənənəvi erməni dəstəkçiləridir ki, aralarında məşhur Frenk Pallone də var.

Qeyd edək ki, məsələ Azərbaycanda ciddi təpkiyə səbəb olub. İctimai-siyasi fəallar, ictimai rəylə işləyən şəxslər artıq neçə gündür ki, bu məsələylə bağlı fikirlərini milli mediada tirajlayır. Lakin təəssüflər olsun ki, ABŞ konqresmenlərilə birbaşa iş qurub təpki verənlər hələ ki, gözə dəymir. Məhz bu durumu nəzərə alaraq Azər Həsrət konqresmenlərə açıq məktubla müraciət edib.

A.Həsrət bildirib ki, məktubun mətnini öz şəxsi saytında və ABŞ-dan yayımlanan bir mediada dərc etsə də adı keçən şəxslərə yalnız həftənin ilk iş günü göndərməyi düşünür. Çünki həftə sonu belə bir məktub göndərməyin effektiv olmayacağı az-çox siyasi təcrübəsi olan hər kəsə bəllidir.

Bu arada onu da əlavə edək ki, məktubun ABŞ saytı üzərindən paylaşılmasını Facebook dərhal yasaqlayıb…

XəzərNews

Xəbər 1762 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +