Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI


25.09.2021  23:50 

Azərbaycan Ermənistanda yanğının söndürülməsinə yardım edir - VİDEO





A+  A-

Ermənistanın Sünik vilayəti Meğri rayonunda "Arevik" milli park ərazisində yanğınsöndürmə işləri davam edir. Yanğının söndürülməsində 70 xilasedici və "Zangezur" biosfer kompleksi qeyri-kommersiya dövlət təşkilatının 20 əməkdaşı iştirak edir.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Meğri yaxınlığında meşədə yanğın 22-si sentyabr səhər saat 6:15-də başlanıb.

Qaranlığa görə yanğın söndürmə işləri müvəqqəti dayandırılıb, yanğınsöndürənlər və "Zangezur" biosfer kompleksi əməkdaşları tərəfindən növbətçilik təşkil edib.

Meğri məntəqəsi yaxınlığında meşə yanğınının söndürülməsində İran xilasediciləri də iştirak edib.


Bu barədə İran Pars Today agentliyi xəbər verir. Məlumata görə, Meğri gömrük məntəqəsi yanğını söndürməyə yardım etmək xahişi ilə İranın Şərqi Azərbaycan Əyalətinin gömrük xidmətinə müraciət edib.

"İranın yanğınsöndürmə xidməti erməni tərəfinin xahişinə dərhal reaksiya verərək, hadisə yerinə heyət göndərib. İranlı yanğınsöndürənlər yanğının söndürülməsində erməni həmkarlarına yardım göstərib", - məlumatda deyilir. /BBC AZərbaycan/



Xəbər 2769 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +