Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


17.07.2021  17:19 

Hərbçilərimizin düşdüyü qəzanın səbəbi açıqlandı





A+  A-

Daxili İşlər Nazirliyi Göygöldə hərbçilərimizin düşdüyü qəza ilə bağlı məlumat yayıb.
XəzərNews.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu gün günorta saatlarında Göygöl rayonunun Aşıqlı kəndində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobil aşıb.

Onun sözlərinə görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olduğundan hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb”.

E. Zahidov qeyd edib ki, faktla bağlı araşdırma aparılır.

Xəbər 3195 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +