Quru Qoşunların komandanı o oldu
Yoluxanların sayı 300-ü keçdi
AKP nümayəndə heyəti Azərbaycana gəlir
Sabaha olan hava proqnozu
Şuşaya dəmir yolu xətti çəkiləcək
Hazırda tıxac olan yolların - Siyahısı
Bakıda güclü toz dumanı var
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi
Qubadlının Altınca kəndindən VİDEO
Millimizin üzvü “patı”dan öldü


09.07.2021  09:48 

Dolların satışına limit qoyulub?





A+  A-

"Dollar satışında limit məsələsi yenidən gündəmə gəlib. Bununla bağlı son vaxt müxtəlif təbəqələrdən çoxlu müraciətlər olur, narazılıqlar bildirilir. Banklar qeyri-rəsmi söhbətlərdə Mərkəzi Bankın göstərişinin olduğunu bildirsələr də Mərkəzi Bank bu fikirləri təsdiqləmir və bankların özfəaliyyəti olduğunu iddia edir".
XəzərNews.az xəbər verir ki, bu sözləri ekspert Samir Əliyev deyib. O bildirib ki, bu məsələ internetdə problemə çox oxşayır:

"Problemləe olduqda onu ATS-lərlə provayderlər bir-birinin üstünə atırlar. Zərbə isə istehlakçıya dəyir. Reallıq odur ki, dollar alışına limit var və bəzi istisnalarla 20 min manatdan çox dollar almaq mümkünsüzdür.

Limit göstərişinin Mərkəzi Bankdan gəlməsi şübhə doğurmur. Əks halda problem qısa müddətdə aradan qaldırılardı. Əgər bu addım bankların öz təşəbbüsüdürsə, bu halda "bazar sövdələşməsi" baş verir və banklara qarşı cəza tədbirləri görülməlidir. Əgər heç bir tədbir görülmürsə və proses olduğu kimi davam edirsə, deməli, göstəriş bir mərkəzdən gəlib.

Mərkəzi Bankın belə göstəriş verməsindən boyun qaçırması anlaşılmazdır. Hamıya məlumdur ki, manatın məzənnəsi inzibati qaydada tənzimlənir və məzənnənin qorunması indiki dövrdə sosial baxımdan əhalini qoruyur. Yəni mövcud məzənnə qısamüddətli olsa da hamıya sərf edir. Və məzənnəni qorumaq üçün hökumət MB-nin timsalında məhdudlaşdırıcı tədbirlər atır. 20 min manatlıq limit də həmin məhdudlaşdırıcı tədbirlətdən biridir. Qarşıda 2 yolumuz var: ya məzənnəni buraxmalıyıq və bunu zərərini qəbul etməliyik. Zərbə isə həm biznesə, həm əhaliyə, həm də ümumilikdə ölkə iqtisadiyyatına dəyəcək. Ya da məzənnəni qoruyuruq və bunun üçün məhdudiyyətləri anlaşıqlı qarşılamalıyıq. İndiki halda ikinci yolu seçmişik və fikrimcə, bu, indiki dövr üçün optimal yoldur. Məhz buna görə də MB açıqca bəyan edərək banklara belə göstəriş verdiyini bildirməlidir. Məsuliyyətin bankların üstünə atılması düzgün addım deyil".



Xəbər 831 dəfə oxunub.




23.07.2021  21:46 

Quru Qoşunların komandanı o oldu

23.07.2021  18:42 

Yoluxanların sayı 300-ü keçdi

23.07.2021  13:57 

Sabaha olan hava proqnozu

23.07.2021  09:58 

Bakıda güclü toz dumanı var


BÜTÜN XƏBƏRLƏR +