Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


23.06.2021  11:50 

45 mindən artıq fermerə subsidiya ödənilib





A+  A-

2021-ci il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) XəzərNews.az-a verilən məlumata görə, həmin ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib.

AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, subsidiyalar torpaq analizlərini vaxtında təqdim edən, əkin sahələri monitorinqə düşməyən və əkin sahələrinin monitorinqi başa çatan fermerlərə verilib. “Fermerlərin əkinlərini vaxtında və doğru bəyan etməsi bizə subsidiyaları tez ödəmək imkanı verdi”, - deyə Ruslan Zeynal vurğulayıb.

AKİA rəsmisi əlavə edib ki, monitorinqlər başa çatdıqca digər fermerlər də bu ayın sonunadək subsidiyalarını əldə edə biləcəklər. Hazırda AKİA tərəfindən digər subsidiyaların ödənişləri də həyata keçirilir. Ümumilikdə cari ildə, 2020-2021-ci il payızlıq, 2021-ci il yazlıq və çoxillik əkin bəyanları üzrə 340 mindən artıq fermerə 152 milyon manatdan çox subsidiya ödənilib.

Qeyd edək ki, aqrar subsidiyalar “Fermer kart”larına köçürülür. Əkin subsidiyasının 25%-i nağdlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan vəsaitdir. Nağdlaşdırılmayan vəsait fermerlərin təchizatçılardan təsərrüfatları üçün toxum, gübrə, pestisid əldə etməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

Xəbər 1972 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +