Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


23.06.2021  10:16 

Bu sahələrdə çalışanların iş prosesi dayandırılmalıdır - VİDEO





A+  A-

Ot biçənlər, yol çəkənlər, kanalizasiya borularını təmir edənlər...
XəzərNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu işçilər hər gün açıq havada eyni iş qrafiki ilə fəaliyyət göstərirlər.

Bu günlərdə hava şəraitinin isti keçməsi açıq havada çalışanların işini xeyli çətinləşdirib.

Gündəlik yüksək temperatur altında çalışan işçilər bildirirlər ki, çox isti olduğu zaman ya otaqlarına çəkilirlər, ya da ağacların altında bir müddət istirahət edirlər.

Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edir.

Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyir ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir. Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir. Vüsal Məmmədov onu da qeyd edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.



Xəbər 1986 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +