Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


16.06.2021  17:19 

MEDİA jurnalistləri bir araya gətirdi





A+  A-

Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir. İyunun 16-da seminarlara ikinci qrup media nümayəndələri – çap, online media və internet televiziyalarının təmsilçiləri qoşulub.
XəzərNews.az xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

“ADA” Universitetinin prorektor müavini Aygün Hacıyeva seminarın əhəmiyyətindən danışıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda çıxış edib. Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, yeni sənəd media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış online media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır. Daha sonra seminar iştirakçıları ilə qanun layihəsi ətrafında müzakirələr aparılıb.

Seminar “ADA” Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyevanın “Müasir media mühitinə baxış” mövzusunda məruzəsi ilə davam edib.

Qeyd edək ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir.

İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub.

Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri təcrübələrini bölüşəcəklər.

Xəbər 1889 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +