Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


24.05.2021  11:19 

“İlin gənc müəllimləri-2021” - Qalibləri tanıyın





A+  A-

Müəllimlər arasında təşkil olunan "İlin gənc müəllimi-2021" müsabiqəsində qaliblər müəyyən edilib.
XəzərNews.az xəbər verir ki, müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, öz fəaliyyəti ilə şagirdlərə, müəllim həmkarlarına dəstək verən, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaqdır.

Beynəlxalq “Global Teacher” müsabiqəsinin meyarlarını əsas götürən “İlin gənc müəllimi” 3 turda keçirilib. Birinci mərhələdə iştirakçılar müraciət formunu dolduraraq, qeydiyyatdan keçiblər.

Çoxsaylı müraciətləri nəzərə alaraq, 35 yaşa qədər qoyulan limit aradan götürülüb, yüksək nəticələri nəzərə alınmaqla bəzi hallarda 39 yaşadək (39 yaş da daxil olmaqla) olan müəllimlərə müsabiqəyə qatılmaq şansı verilib.

İlk dəfə olaraq budəfəki müsabiqədə “onluq”dakı finalçılar arasından qaliblərin qiymətləndirilməsi fərqli qaydada aparılıb və iştirakçılar da bunu məmnuniyyətlə qarşılayıb: 100 ballıq sistemə əsasən, səsvermənin nəticələri maksimum 20 bal götürülüb. Qalan 80 bal isə məhz münsiflər tərəfindən iştirakçıların göstəricilərinə, qeyd olunan meyarlara görə verilib.

Səsvermə ilə 20 bal meyarının saxlanmasına səbəb: XXI əsrin yenilikçi müəllimlərinin həm də sosial aktivliyini, onların sosial şəbəkələrin hakim olduğu dünyada özlərini nə dərəcədə aktiv və faydalı sima kimi doğrultduğunu öyrənmək.
80 faiz isə müsabiqənin tələb olunan meyarlarına münsiflərin verdiyi ballara görə müəyyən olunub.

Beləliklə, münsiflər tərəfindən gərgin rəqabətli dəyərləndirmə (maksimum 80 bal) və səsvermənin nəticələri (maksimum 20 bal) əsasında ilk üçlük müəyyən edilib.

Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllimi, Vətən Müharibəsi iştirakçısı, (Şuşa, Füzuli, Cəbrayıl və Xocalı istiqamətində gedən döyüşlərin iştirakçısı) Səlimov Elvin Zahid oğlu ən yüksək göstərici ilə “İlin gənc müəllimi-2021” müsabiqəsində birinci yerə layiq görülüb. Münsiflərin dəyərləndirməsinə əsasən 67, 5, səsvermənin nəticələrinə görə isə 11 bal toplayan müəllim ümumilikdə 78,5 bal nəticə göstərib.

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Möhsünova Təranə Nəcəf qızı 76,4 balla ikinci yerə layiq görülüb. (Münsiflər: 62,7, səsvermə - 13,7).

Üçüncü yerə isə ümumilikdə 73,4 bal toplayan Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin Kimya müəllimi Məmmədov Rəvan Kərim oğlu sahiblənib. (Münsiflər: 62,2; səsvermə:11,2)

Digər 7 yeri isə ardıcıllıqla diqqətinizə çatdırırıq:

Əzizova Mələk - Azərbaycan Britaniya Kolleci – 66,1 bal ( Münsiflər:63; Səsvermə: 3,1)
İsmayılova Gülnar - Laçın rayon Mişni kənd tam orta məktəbi; 63,8 bal ( Münsiflər:51,8; Səsvermə:-12)
Bayramova Gülər– Cəlilabad şəhər Z.Əliyeva adına 7 nömrəli tam orta məktəb – 62,2 (Münsiflər: 51,5, səsvermə:10,7)
Babayeva Aysel -5 N-li Respublika xüsusi internat məktəbi; 61,8 bal (Münsiflər: 49,5; səsvermə:12,3)
Rzazadə Babək - Astara şəhər 1 saylı tam orta məktəb; 61,3 bal (Münsiflər:57,2; səsvermə:4,1)
Rüstəmli Nemət - Ağdam rayon 91 nömrəli tam orta məktəb;60,4 bal (Münsiflər: 51,3; səsvermə:9,1)
Alızadə Aysel - Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəb; 59,4 bal; (Münsiflər: 47,2; səsvermə:12,2)

Xəbər 1711 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +