Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.05.2021  16:45 

Tanınmış jurnalist vəfat etdi





A+  A-

Əməkdar jurnalist Svetlana Nəcəfova dünyasını dəyişib.
XəzərNews.az xəbər verir ki, jurnalistin vəfatı ilə bağlı Mətbuat Şurası nekroloq yayıb.

Nekroloqda Azərbaycan jurnalistikasının və ümumiyyətlə ədəbi-bədii mühitinin tanınmış simalarından olan S. Nəcəfovanın vəfatı ilə əlaqədar mərhumun doğmalarına başsağlığı verilib.

Qeyd edək ki, 1938-ci il təvəllüdlü Svetlana Hacı qızı Nəcəfova 1973-1977-ci illərdə “Azərbaycan qadını” jurnalı redaksiyasında şöbə redaktoru, 1977-1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-2003-cü illərdə “Respublika” qəzeti redaksiyasında şöbə müdiri olan jurnalist 2003-2008-ci illərdə televiziya sahəsində çalışmaqla da zəngin peşə yolu keçib.

S.Nəcəfova ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayıb. Çoxsaylı oçerk və hekayələr, dərin məzmunlu publisistik məqalələr, kitablar müəllifi olan həmkarımızın əməyi ali səviyyədə yüksək qiymətləndirilib.

O, “Əməkdə fərqlənmə görə” medalına, fəxri fərmanlara, müxtəlif mükafatlara və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Xəbər 3393 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +