Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


26.04.2021  23:17 

Türkiyə tam qapanmaya keçir - Qadağalar





A+  A-

“Ramazan bayramından sonra həyatımızı asanlaşdıracaq addımlar ata bilməyimiz üçün rəqəmlərin bugünkündən daha az olması şərtdir”.
XəzərNews.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, hədəf yoluxma sayını beş mindən aşağı salmaqdır:

“Hədəflədiyimiz rahatlığı təmin edə bilməyimiz üçün önümüzdəki günlərdə birlikdə fədakarlıq etməyimiz zəruridir”.

Prezident bəyan edib ki, aprelin 29-u, saat 19:00-dan mayın 17-si, saat 05:00-dək davam edəcək tam qapanmaya keçilir.

Bundan başqa, qapanma ilə bağlı alınan qərarlar bunlardır:

Daxili İşlər Nazirliyinin müəyyənləşdirdiyi qurumlar istisna olmaqla, bütün iş yerlərinin fəaliyyəti dayandırılır.

Qonaqlama müəssisələrində rezervasiyalar, küçəyə çıxma və şəhərlərarası səyahət məhdudiyyətləri üçün istisna təşkil etməyəcək.

Şəhərlərarası səyahətlərin hamısı icazə ilə olacaq və şəhərlərarası ictimai nəqliyyat vasitələri 50 faiz həcmində daşımalarla işləyə biləcək.

İbtidai sinif, bağça, səkkizinci və 12-ci siniflər də daxil olmaqla, bütün qurumlarda üz-üzə tədrisə fasilə veriləcək, bütün imtahanlar təxirə salınacaq.

Marketlər şəbəkələri bazar günləri bağlı olacaq, digər günlərdə müəyyən edilmiş saatlarda xidmət göstərəcək.

Prosesin hədəflənən nəticəni verməsi üçün qaydalar ən sərt şəkildə tətbiq olunacaq, qaydaların pozulmasına icazə verilməyəcək.

Xəbər 3336 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +