XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat


16.04.2021  11:49 

Azərbaycanda hələ ki, sərt karantin gözlənilmir





A+  A-

“Rəqəmlər doğrudan da kifayət qədər ciddi rəqəmlərdir. Heç kimi qorxutmadan bildirmək istəyirəm ki, narahatlığa hər zaman əsas var. Lakin biz hər zaman qeyd edirik ki, istənilən qapanmalar və karantin rejimində sərtləşmələr ən çox dövlətimizi narahat edir”.
XəzərNews.az xəbər verir ki, bunu “ARB 24” televiziyasına müsahibəsində deputat Soltan Məmmədov deyib. O qeyd edib ki, dövlət ilk olaraq bu qaydaların tətbiqinə getmək arzusunda deyil: "Bu gün inkişaf etmiş ölkələrə nəzər saldıqda qaydalar bizdə çox yumşaqdır. Buna səbəb düzgün peyvəndlənmə strategiyası və əhalinin davranış qaydalarına düzgün əməl etməsidir. Narahatlıq hər zaman var. Rəqəmlər bizi hər zaman ayıq saxlamalıdır. Çünki ölkəmizin səhiyyə sisteminin müəyyən qədər çarpayı fondu var. Onların dolmasının qarşısını almaq lazımdır. Bundan ötrü də biz evdə özümüzü düzgün müalicə etməliyik. İnsanlar tələb olunan davranış qaydalarına əməl etməlidir, eyni zamanda peyvənd proqramına hər zaman olduğu kimi dəstəyimizi göstərməliyik. Sizi əmin etmək istərdim ki, səhiyyəmizin hələ də kifayət qədər gücü var, rəqəmlərin qarşısında lazimi tədbirlər görülür.

O qeyd edib ki, rəqəmlər artdığı halda müəyyən sərtləşməyə gedilə bilər: "Bu gün qeyd olunan 2000-2500 yoluxma halları məhz gündəlik aparılan 15 000 test sayı arasında müəyyən olunandır. Əlbəttə ki, reallıqda bu rəqəmlər böyükdür. Bunları nəzərə alaraq bilməliyik ki, bu rəqəmlərin qarşısında doğrudan da görülməli işlər çoxdur. Bu gün 30 mindən çox aktiv xəstə var. Onların əsas hissəsi ambulator şəraitdə müalicə alır. Bir hissəsi stasionarda adi qaydada və reanimasiyada müalicə alır. Lakin onu qeyd edə bilərəm ki, Ümumdünya Səhiyyə Təşkilatının da bildirdiyi kimi, reanimasiyalarda çarpayı fondunun dolma səviyyəsi 60-70 faizi keçdiyi halda müəyyən tədbirlər görülməlidir. Biz millət vəkili olaraq daim Operativ Qərargahla əlaqə saxlayırıq. Bu gün bizim istər stasionarda adi çarpayı fondu, həm də reanimasiyalarda hələ xəstələrimizə müəyyən qədər xidmət göstərmək imkanımız var".

Deputat vurğulayıb ki, sərt qapanmalar üçün müəyyən rəqəmlər demək çətindir: "Çünki bugünkü imkanlar epidemioloji vəziyyətə nəzarət etməyə imkan verir. Xəstələnənlərin sayı artdıqca sağalanların da sayı artır. Doğrudan da həm müalicə strategiyası, həm də əldə edilmiş təcrübə bunun öhdəsindən gəlməyə imkan verir. Rəqəmlərin bir neçə həftə ərzində stabil qalması onu göstərir ki, peyvənd proqramı öz nəticəsini göstərib. Bunlar məndə ümid yaradır ki, epidemioloji vəziyyəti nəzarətdə saxlayıb xüsusi sərtləşdirmələrə və qapanmalara getməyəcəyik".

Xəbər 2510 dəfə oxunub.




07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +