Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama
Bu deputat 6 dəqiqədə 17 dəfə Mehdiyevi tərifləyib
Mehdiyevin əlinə oynayırlar... - Real sədri
Ruslar bir gecədə Ukraynaya 700-dən çox raket atıb
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb
Əli Kərimli və dəstəsi artıq ifşa olunur... - Deputat
Lutski şəhərində ərzaq anbarları yanır
ATƏT dərin böhran içindədir... - Azay Quliyev
İkimərtəbəli otel binasında yanğın olub


15.02.2021  13:22 

Nərgiz Cəlilova televiziyalarda maaş azlığından şikayətləndi





A+  A-

“Televiziyada maaş çox aşağıdır. Əvvəlcədən belə olub. Aparıcılarımız var ki, efirdən əlavə tədbirlər idarə edirlər. Ev şənlikləri, konsert və s. kimi misal çəkə bilərəm”.
XəzərNews.az xəbər verir ki, bu sözləri məşhur teleaparıcı Nərgiz Cəlilova “Səhər Mərkəzi” proqramına qonaq olarkən deyib.

N. Cəlilova qeyd edib ki, aparıcıların əksəriyyətinin tədbirləri olmur, quru maaşa işləyirlər: “Bu maaşla ailə saxlamalıdırlar. Günün tələbləri böyükdür. İnsan gəzmək, yaxşı geyinmək, ləziz yemək istəyir. Bu səbəbdən gənclər özəl şirkətlərə üz tuturlar, çalışırlar. İnanıram ki, bu problemlər həll olunacaq”.

Bundan sonra proqramın aparıcısı Tural Əsədov N. Cəlilovanın illər əvvəl “Tural Əsədovdan heç vaxt aparıcı olmayacaq” fikrini yada salıb. Teleaparıcı isə “Arxanızca yox, üzünüzə demişdim. İllər ötəndən sonra peşəkar aparıcı oldunuz. Tədbirlərin birində dedim ki, Tural səninlə fəxr edirəm, illər əvvəl dediyim sözləri geri götürürəm”, - deyə cavab verib.

Xəbər 3823 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +