Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


12.02.2021  18:36 

İşçi qrupunun növbəti iclası keçirildi





A+  A-

Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin növbəti iclası keçirilib.
XəzərNews.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, iclas videokonfrans formatında keçirilib. Üçtərəfli işçi qrupun iclasında Azərbaycan tərəfdən Şahin Mustafayev, Rusiya tərəfdən Aleksey Overçuk, Ermənistan tərəfdən Mher Qriqoryan iştirak edib. Görüşdə Dağlıq Qarabağ və onun ətrafında təhlükəsizlik, həmçinin, regionda kommunikasiyaların bərpa olunması məsələləri müzakirə edilib.

Xatırladaq ki, üçtərəfli işçi qrup ilk iclasını yanvarın 30-da keçirib. Həmin iclasda dəmir yolu, avtomobil və kombinə nəqliyyat üçün; təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi üzrə ekspert alt qrupların yaradılması barədə razılığa gəlinmişdi.

Xəbər 2133 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +