“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


12.02.2021  16:28 

Məktəblərdə sağlamlıqla bağlı sorğu keçiriləcək





A+  A-

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu ilin fevral-mart aylarında Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta məktəblərdə sağlamlığın qorunması ilə bağlı məlumatlılığın artırılması məqsədi ilə sorğu keçiriləcək.
Bu barədə XəzərNews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, şagirdlər və məktəb kollektivi arasında keçirilən sorğu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri tərəfindən tərtib olunan xüsusi anket vasitəsilə aparılacaq. Sorğu məktəb mühitini sağlamlaşdırmaq, şagirdlər və məktəb kollektivi arasında sağlam həyat tərzini təbliğ və təşviq etmək məqsədi daşıyır.

Ölkə üzrə 9 iqtisadi rayonu əhatə etməklə, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən 25 məktəbdə aparılacaq sorğu ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsi çərçivəsində həyata keçiriləcək. Bu sırada yer alan təhsil müəssisələri arasında yeganə inklüziv məktəb olan Bakı şəhəri 202 saylı tam orta məktəbdən başlayaraq sorğuya artıq start verilib, şagirdlərin və kollektivin sorğuda fəal iştirakı müşahidə edilib.

Qeyd edək ki, “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Azərbaycan 2017-ci ildən bu şəbəkənin üzvüdür. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.

Xəbər 2273 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +