Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.02.2021  17:23 

Paşinyan Moskvadakı görüşə bu rəsmiləri göndərir





A+  A-

Baş nazir Nikol Paşinyan Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə üçtərəfli işçi qrupu çərçivəsində danışıqların aparılacağı Moskva görüşünə Ermənistan tərəfdən gedəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.
XəzərNews.az xəbər verir ki, Ermənistan hökumətinin saytında dərc olunan fərmana əsasən, Baş nazirin müavini Mher Qriqoryan işçi qrupunun Ermənistandan həmsədri və xarici işlər nazirinin müavini Armen Gevondyan onun müavini təyin edilib.

İşçi qrupun tərkibində ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, iqtisadiyyat nazirinin müavini Varos Simonyan, Dövlət Gəlirləri Komitəsi rəhbərinin müavini Şuşanik Nersisyan, Baş Qərargahın Əməliyyatlar şöbəsinin müdiri Edvard Asryan, habelə Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi, İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini S. Sarkisyan iştirak edəcək.

Xarici İşlər Nazirliyinin Avrasiya departamentindəki rus bölməsinin rəhbəri Artur Qriqoryan Ermənistan tərəfdən işçi qrupunun katibi olacaq.

Xatırladaq ki, yanvarın 30-u üçtərəfli işçi qrupunun ilk iclası baş tutub. İclasın yekunu olaraq dəmir yolu, avtomobil və kombinə edilmiş nəqliyyat üzrə ekspert heyətinin həmçinin təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi üzrə ekspert heyətlərinin yaradılması istiqamətində qərar qəbul olunub.

Xəbər 3700 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +