Türkiyə qərar verdi: Gültəkin Hacıbəyli deport edilir
Ukrayna “Lukoil“un Xəzərdəki platformalarını vurdu
“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı
Yeni başçı müavini vəzifəsindən azad etdi
Hökumət aqrar sahədə və turizmdə sinifdə qaldı - İqtisadçı
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi... - DİN-dən təşəbbüs
Deputatın oğlunun şirkəti 196 minlik tenderi uddu
Müşfiq Şahverdiyev 3 ildir övladını görə bilmir
Amnistiya kimlərə şamil olunacaq?
Ukrayna-Amerika: Danışıqların ikinci mərhələsi başlayıb


21.01.2021  19:47 

Ötən il Azərbaycanda 197 avtomobil oğurlanıb





A+  A-

2020-ci il ərzində respublika üzrə oğurlanan, qaçırılan 197 nəqliyyat vasitəsindən 187-i isti izlərlə tapılıb, 10 avtomobillə bağlı isə axtarış tədbirləri davam etdirilir.
Bu barədə XəzərNews.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Respublika rayonlarından qaçırılan 53 avtomobildən 49-u, Bakı şəhəri üzrə qaçırılan 144 avtomobildən 138-i tapılıb.

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə oğurlanıb, qaçırılan nəqliyyat vasitələrinin sayı 3 fakt, axtarışda qalan avtomobillərin sayı isə 6 fakt azalıb.

"Aparılan təhlillər zamanı müəyyən edilib ki, bu növ cinayətlər əksər hallarda sutkanın qaranlıq vaxtları törədilir və cinayətin obyekti əsasən yaşayış zonalarından uzaqda, işıqlandırılmamış yol sahələrində saxlanılan, kilit sistemi zəif olan, alarm sistemi olmayan və asan hərəkətə gətirilən (əsasən Rusiya Federasiyasının istehsalı olan və istehsal illəri köhnə olan) nəqliyyat vasitələridir.

Qeyd olunanları nəzərə alaraq, bu kimi cinayətlərin qarşısının alınması, əmlaklarının hüquqa zidd əməllərdən qorunması üçün avtomobil sahibləri və sürücülərdən xahiş edirik ki, nəqliyyat vasitələrini saxlayarkən yuxarıda göstərilən hallara diqqət yetirsinlər", - İdarədən bildirilib.

Xəbər 3541 dəfə oxunub.




15.12.2025  15:50 

Amnistiya kimlərə şamil olunacaq?

15.12.2025  13:43 

Bu yollar buz bağlayacaq - HAVA

15.12.2025  11:32 

FSB 10 rusiyalını saxladı


BÜTÜN XƏBƏRLƏR +