200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


24.12.2020  10:21 

“Üzr istəmədiyi üçün öldürdüm”





A+  A-

Dekabrın 20-də İsmayıllı rayonunda 18 yaşlı Fərid Musayevin həmyaşıdı tərəfindən öldürülməsi ilə bağlı detallar məlum olub.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Musayev sevgili münasibətində olduğu qızın Səxavət Məsimli ilə də telefonda danışdığını eşidib.

İlkin məlumata görə, F. Musayev Sumqayıt şəhərində yaşayan S.Məsimliyə zəng edərək həmin qızla niyə danışdığını soruşub və bunu ona irad kimi bildirib. Səxavət qızla danışmadığını deyəndə Fərid onu söyüb. Bundan sonra gənclər söhbəti aydınlaşdırmaq üçün İsmayıllı rayonunda parkda görüşüblər. Səxavət görüş üçün Sumqayıtdan İsmayıllıya gəlib. Dekabrın 20-də saat 17 radələrində görüş baş tutub, iki saata yaxın söhbət ediblər. Yekunda Səxavət Məsimli qızla heç vaxt danışmadığını bildirib və telefonla danışarkən söydüyü söyüşə görə Fəridin üzr istəməsini tələb edib.

Fərid Musayev isə üzr istəməyəcəyini bildirib. S.Məsimli istintaqa ifadəsində deyib ki, Fərid ondan üzr istəmədiyi üçün üzərində gətirdiyi bıçaqla onu vuraraq qətlə yetirib.

S.Məsimli barəsində məhkəmə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda Şəki istintaq təcridxanasında saxlanılır.

Xəbər 2219 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +