Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.04.2025  19:21 

Ömürlük həbs cəzasına məkum edildi





A+  A-

Aprelin 16-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində bir ailənin üç üzvünü qətlə yetirməkdə, digər üç üzvünü yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin məhkəməsi başa çatıb.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, o, ömürlük həbs cəzasına məkum edilib.

Hadisə 28 oktyabr 2023-cü il tarixdə baş verib. Səhərə yaxın Corat sakini Müşfiq Tağıyev qonşusuqdakı mənzilə odlu silahla basqın edib. Onun atəş açması nəticəsində Susana Karakaş və Dağbəyi Fərəcov həlak olub. Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, səs-küyə gələn qonşular - Etibar Sarıyevlə Mehman Sarıyev xəsarət alıb. Güllə yarası alan Serkan Karakaş vətəninə - Türkiyəyə aparılaraq xəstəxayana yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Bir neçə ay davam edən məhkəmə prosesində zərərçəkmiş Tərlan Fərəcova ifadə verərək iddia edirdi ki, hadisəni törədən şəxs tək olmayıb: "Yuxudan səsə ayıldım. Mən aşağı düşəndə o qızımı gülləylə vurdu. Sonra da silahı mənə tərəf tuşladı, atəş açdı, məni yaraladı. Müşfiqin anası mənim qapıma dəfələrlə pul üçün gəlib. Həmişə də əl tutmuşuq. Müşfiq o qəfəsdə tək oturmamalıdır. Bunu "killer” tutan da cəzalandırılsın”.

Müşfiq Tağıyev isə ifadəsində tək olduğunu, qonşuluqda yaşayan Anar Fərəcovla aralarında münaqişə olduğunu, ondan qisas almaq məqsədilə silahlanaraq ünvanlarına gəldiyini və hadisəni törətdiyini etiraf edib.

Xəbər 3888 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +