TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


03.12.2020  10:57 

Adil İsmayılov vəfat etdi





A+  A-

Azərbaycanın tanınmış vəkili Adil İsmayılov vəfat edib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə onun həmkarları məlumat verib. A. İsmayılovun koronavirusdan öldüyü bildirilir.

Qeyd edək ki, Adil İsmayılovun 30 illik vəkil təcrübəsi olub. O, 1955-ci il iyulun 6-da Göyçayda anadan olub.

İlk fəaliyyətə prokurorluq orqanlarında başlayıb. Sumqayıt şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq, daha sonra Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq olub. Daha sonra öz ərizəsi ilə işindən ayrılıb.

Vəkil kimi isə “Qara kəmər” əməliyyatında DİN generalı Zakir Nəsirovun, Macarıstanda azərbaycanlı hərbçi Ramil Səfərovun, “MTN işi”ndə general Sübahir Qurbanovun hüquqlarını müdafiə edib.

A.İsmayılov 1993-cü ildə həbs edilən İsa Qəmbərin, keçmiş daxili işlər naziri, mərhum İskəndər Həmidovun da vəkili olub.

Sonuncu işində isə Azərbaycanın keçmiş baş prokuroru Eldar Həsənovun vəkili idi. Hazırda E.Həsənovun cinayət işi ilə bağlı istintaq davam edir.

Xəbər 3506 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +