Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.11.2020  16:18 

Zöhrab Mnatsakanyan istefa verdi





A+  A-

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan vəzifəsindən istefa verib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan öz feysbuk hesabında istefa ərizəsinin fotosunu paylaşaraq məlumat verib.

“Xahiş edirəm, mənim istefamı qəbul edin. Mənə etibarınız üçün təşəkkür edirəm”, - deyə XİN rəhbəri ərizədə yazıb.

Qeyd edək ki, bundan bir neçə dəqiqə əvvəl Baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında Ermənistan xarici işlər nazirini istefaya göndərmək qərarına gəldiyini elan etmişdi.

Xatırladaq ki, Z. Mnatsakanyan Ermənistanın 7-ci XİN rəhbəri olub. O, 12 may 2018-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

Xəbər 4535 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +