Azərbaycanda yaşayan əcnəbilərin nəzərinə!
“Ermənistan ordusunun alayı darmadağın edilib”
Ermənistan ordusunun polkovniki məhv edilib
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı
Ermənilərin yaraladığı daha bir mülki şəxs öldü
“Daşkəsən artilleriya atəşinə tutulur” - MN
Ermənilər Goranboyu atəşə tutdu
İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi
TBMM partiyaları Ermənistanı qınadı
Karantin rejimi noyabrın 2-dək uzadıldı


13.08.2020  15:32 

“Araz” və “Rahat” market cərimələndi





A+  A-

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər respublikanın digər rayonlarında olduğu kimi Binəqədi rayonunda da davam etdirilir.
XəzərNews.az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tətbiq edilən qaydaları pozduqlarına görə Binəqədi rayonu, Azadlıq prospekti 10 ünvanında yerləşən “Araz” marketin rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən protokol tərtib olunaraq 500 manat, Biləcəri qəsəbəsi, Q. Məmmədov ünvanında yerləşən “Rahat” marketin rəhbərliyi isə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən protokol tərtib olunaraq 300 manat cərimə olunub.

Eyni zamanda, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, döngə-1 ünvanında yerləşən “Bulaq” restoranının qeyri- qanuni fəaliyyət göstərərək karantin qaydalarını pozması aşkar edilib, obyekt sahibi İXM-nin 211.1 maddəsinə əsasən 3000 manat cərimə edilib.

Market rəhbərliyinə və obyekt sahibinə bir daha belə halların baş verilməməsi üçün xəbərdarlıq edilib.

Xəbər 675 dəfə oxunub.




29.09.2020  10:43 

Sami Yusifdən Azərbaycana dəstək

28.09.2020  20:11 

Ermənilər Goranboyu atəşə tutdu


BÜTÜN XƏBƏRLƏR +