“Space”in yayımı 3 saat dayandırılacaq
Yoluxanların sayı bu gün də azalıb
Kimlərin Avropaya girişinə icazə veriləcək?
Zidan dünyanın ən yaxşı məşqçisi oldu
Sabah hava necə olacaq?
Neft Daşlarında dalğa 5 metrə çatıb
Fəttah Heydərov vəfat etdi
Ər arvadını güllələdi
“190 manatla bağlı məsələyə baxılır”
İmtahanlarla bağlı AÇIQLAMA


31.07.2020  15:18 

Sabahın hava proqnozu açıqlandı





A+  A-

Avqustun 1-də Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində gündüz mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Avqustun 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər 606 dəfə oxunub.




04.08.2020  14:28 

Sabah hava necə olacaq?

04.08.2020  09:52 

Fəttah Heydərov vəfat etdi

04.08.2020  08:57 

Ər arvadını güllələdi

03.08.2020  19:07 

İmtahanlarla bağlı AÇIQLAMA


BÜTÜN XƏBƏRLƏR +