Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
Tələbələrin köçürülməsinə başlanılır
“Şüvəlandakı bağımda dincəlirəm...” - Elmar Məmmədyarov
Sabahdan temperatur aşağı düşür
Problemli əmanətlərin qaytarılmasına BAŞLANILDI
Keçmiş vəkili Trampı ifşa edəcəyini söylədi
Təhsil naziri ictimaiyyətə müraciət etdi
Ramiz Mehdiyev Əli Abbasovu işdən çıxardı
ABŞ-la Rusiya arasında VAKSİN QALMAQALI
18 min 102 abituriyent imtahan verəcək


14.07.2020  18:53 

İmtahanların nəticələri elan olundu





A+  A-

10 iyul 2020-ci ildə 10,11,18 və ya 19 iyunda keçirilmiş imtahanlarda iştirak edə bilməyən cari ilin məzunları (9-cu sinif) üçün buraxılış (qəbul) imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, iştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

– 10, 11, 18 və ya 19 iyun tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu sinif) üçün buraxılış imtahanı;

– Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari ilin məzunları üçün qəbul imtahanı;

– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı;

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, bu imtahanlarda 130 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 28 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün şəhər və rayonlar üzrə bütün imtahanlar başa çatdıqdan sonra onlayn qaydada Apelyasiya komissiyası fəaliyyət göstərəcək. Apelyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması DİM-in saytında yerləşdiriləcək.

Qeyd: 10 iyul tarixində keçirilmiş əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsində, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında, cari ilin məzunları üçün əlavə xarici dil imtahanında, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xəbər 580 dəfə oxunub.



14.08.2020  17:29 

Yoluxanların sayı 100-ü keçdi

14.08.2020  14:48 

83 körpə ev şəraitində doğulub

14.08.2020  11:32 

Bələdiyyə sədri cərimələndi

13.08.2020  17:49 

Bu gün yoluxanların sayı azaldı


BÜTÜN XƏBƏRLƏR +