ABŞ-da çimərliklər və parklar bağlanır
Bu sığorta şirkəti ləğv edilir
Bu gün 93 nəfər yoluxdu
Sabahın hava proqnozu
Maska taxmayan 35 nəfər cərimələndi
DİM abituriyentlərə güzəşt etdi
Sabah ilk qəbul imtahanı keçiriləcək
Minskdə kütləvi iğtişaşların təşkilatçıları saxlanıldı
Bərdədə kütləvi dava - 1 ölü, 3 yaralı
“Canavar” və alıcıları saxlanıldı


14.06.2020  14:49 

Azərbaycan XİN Ermənistan XİN-nin bəyanatına cavab verdi





A+  A-

"Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonunun guya ki, işğal olunmasına dair bəyanatı təcavüzkar Ermənistanın Azərbaycana qarşı olan əsassız ərazi iddialarının ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu ilə məhdudlaşmadığını aşkar şəkildə göstərir".
XəzərNews.az bildirir ki, bu sözləri AR XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatının şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın keçmiş Şaumyan rayonu ilk dəfə 1930-cu ildə keçmiş Gəncə qəzasının ərazisində əsasən ermənilərin məskunlaşdığı ərazilərin daxil olduğu Şaumyan kənd rayonu inzibati vahidi şəklində yaradılıb. Belə ki, bu rayon heç vaxt keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayıb və 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə rayon ləğv edilərək Qasım İsmayılov rayonunun tərkibinə daxil edilib, sonradan isə onun tarixi adı qaytarılaraq Goranboy adlandırılıb:

"Ermənistan XİN-in Azərbaycanı öz beynəlxalq tanınmış ərazilərini işğal etməkdə ittiham etməsi gülünc olduğu qədər, yumşaq dillə desək anlaşılmazlıq doğurur.

Xatırladırıq ki, hələ 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin “Sarqsyan Azərbaycana qarşı” adlı qərarının 30-cu paraqrafında məhkəmə qeyd edib ki, keçmiş Şaumyan rayonunun (Goranboy) “DQR tərəfindən ərazisinin bir hissəsi olduğu iddia edilir...”. Təqdim olunan dəlilləri nəzərdən keçirən məhkəmə 134 və 139-cu paraqraflarda müəyyən edib ki, bu rayon Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və beləliklə, Ermənistanın iddiası rədd edilir.

Ermənistan XİN-in Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin hərbi işğalına və bu ərazilərdəki yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozuntusuna görə məhz Ermənistanın tam məsuliyyət daşıdığı məsələsindən beynəlxalq ictimaiyyəti yayındırmaq məqsədi ilə verdiyi bu bəyanat işğalçı ölkənin faktların saxtalaşdırılması üzrə çirkin təcrübəsidir.

İşğalçı ölkənin bu bəyanatı Ermənistan rəhbərliyinin əslində öz əhalisini sülhə necə hazırladığını bütün dünyaya nümayiş etdirdi.

Ümumilikdə qeyd etmək istərdim ki, Ermənistan XİN-in son bəyanatı onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə yönəldilib. Onların bunu bilərəkdən, yaxud Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində hazırda açıq-aydın təklikdə qaldıqları üçün çıxılmaz vəziyyətdən irəli gələrək etdiklərini söyləmək çətindir. Ermənistan tərəfini nəinki dünyada dəstəkləyən, hətta onların mövqeyinə anlayış göstərən nə bir dövlət, nə də bir qüvvə yoxdur.

Bəlkə də Ermənistan XİN-in son açıqlamasına öz ölkələrindəki mürəkkəb daxili vəziyyət təsir göstərib və bu yolla onlar öz xarakterlərinin ağırlığını göstərmək istəyirlər. Ancaq məntiqi o olardı ki, Ermənistan tərəfi bizimlə masa arxasında oturaraq, bütün səviyyələrdə dəfələrlə bəyan edilən təkliflər əsasında danışıqları yekunlaşdırsın.

Xəbər 356 dəfə oxunub.




12.08.2020  17:03 

Bu sığorta şirkəti ləğv edilir

12.08.2020  16:35 

Bu gün 93 nəfər yoluxdu

12.08.2020  14:06 

Sabahın hava proqnozu

12.08.2020  10:36 

Koronavirusa görə daha bir QADAĞA

12.08.2020  09:38 

Neft 44 dollardan satılır

12.08.2020  08:51 

Dənizdə üzməyin faydaları


BÜTÜN XƏBƏRLƏR +