Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


23.04.2020  13:56 

Vergi güzəştləri ilə bağlı detallar açıqlandı





A+  A-

“Pandemiyadan bilavasitə zərər görən ictimai iaşə sektoru, sərnişindaşıma, sərgilərin, oyunların təşkili fəaliyyəti ilə məşğul olan şəxslər, turizm subyekti olan mehmanxanalar, tur agentliklər və tur operatorları, eyni zamanda Nazirlər Kabinetinin 122 nömrəli qərarı ilə fəaliyyətinə icazə verilənlərdən savayı, digər şəxslər vergi güzəştlərindən yararlana biləcək”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Nicat İmanov İctimai TV-nin efirində qonaq olan zaman deyib.

Vergi güzəştlərinin kimlərə və hansı sahələrə şamil olunmasından söhbət açan rəis müavini bildirib ki, bir spesifik fəaliyyət sahələri, bir də bütövlükdə pandemiyadan bu və ya digər formada əziyyət çəkən sahələr var:

“Güzəştlər əsasən üç istiqamətdə edilə bilər: mənfəət vergisi, əmlak vergisi və sadələşdirilmiş vergi üzrə.

Əmlak vergisindən tam azadolmaya misal olaraq deyə bilərəm ki, 1 milyonluq əmlakı olan vətəndaş 10 min manat məbləğində əmlak vergisi verməlidirsə, bu vergi məbləğinə 2020-ci il üçün tam həcmdə güzəşt ediləcək. Bununla sahibkar tam fəaliyyət göstərmədiyi halda dövrə vəsaitinə qənaət etmiş olacaq. Həm fiziki, həm də hüquqi şəxslər üçün əldə etdikləri mənfəət və gəlirə münasibətdə 75% həcmində vergi güzəşti nəzərdə tutulur. Məsələn, bu şəxslər əldə etdikləri gəlirdən xərclərini çıxan zaman qalan mənfəətdən 20% həcmində vergi verməli idi. Ancaq qanunvericilik aktı qəbul ediləcəyi təqdirdə artıq 5% gəlir vergisi vermiş olacaq.

1 yanvar tarixindən müddətsiz olaraq bütün mikrosahibkarlıq subyektləri 75% mənfəət vergisindən azad edilib. Bu subyektlər həm də bütün əmlak vergisindən də azad edilib”.

N. İmanovun sözlərinə görə, sahibkarlar güzəştlərdən yararlanmaq üçün mütləq olaraq vergi orqanının saytına daxil olmaqla VÖEN məlumatlarını qeyd etməlidirlər:

“Bu zaman ödədiyi vergilər sistem tərəfindən avtomatik olaraq hesablanır. Vergi ödəyiciləri aktiv olmalıdır. Həmin sahibkarlar həmçinin, muzdlu işçilərinə görə də kompensasiya əldə etmək üçün müraciət etməlidir. Bütün hüquqi şəxslər, fərdi sahibkarlar, pandemiyadan zərər görmüş fəaliyyət sahələrinə aiddirsə, onlar işçilərinə görə də kompensasiya əldə edirlər. Onların bu kateqoriyaya aid olub-olmaması sistem tərəfindən müəyyən olunur. Yəni, qeydiyyatdan keçən zaman sistem icazə verdiyi təqdirdə bu kateqoriyaya aid olduqlarını biləcəklər”.

Xəbər 892 dəfə oxunub.




01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +