Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


27.01.2020  10:43 

“20 ildə təkcə əxlaqım dəyişməyib”





A+  A-

“Dünyaya Tünzalə Ağayevanı təhlil etmək üçün baxıram. Özümü hələ öyrənirəm. Ömrümün axırına kimi hikməti axtaracam. Arzum kamil insan olmaqdır. Heç kim qismətindən bir tikə artıq yemir. 43 yaşım var, bəlli bir harmoniyada varam, təzadlarım da az deyil. Özümə nələrisə sübut etməyi xoşlayıram. Dünənki Tünzalə ilə bugünkü Tünzalə arasında fərq yoxdursa, deməli, günümü boşa yaşamışam. Yaşa dolub daha enerjili olmaq istəyirəm”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva AzTV-də yayımlanan “Ağ-Qara” proqramında qonaq olarkən deyib. Məşhur müğənni hər gün özünü kəşf etdiyini, təkcə əxlaqının dəyişmədiyini söyləyib:

“Səhnə fəaliyyətimin 20 illiyini qeyd edəcəm. 20 ildə 22 min dəfə dəyişmişəm. Təkcə mənəviyyatım, əxlaqım, gözütoxluğum dəyişməyib. Daxilimdə nə çəkdiyimi bir Allah, bir də mən... Yüngül tərəflərini ətrafımdakılarla bölüşürəm. Heç vaxt depressiyaya düşməmişəm. Psixoloji təzyiqlər olub və stress keçirmişəm. Ancaq işimdəki işıq məni tərk etməyib. Ümidlərimin azaldığı bir məqamda ortaya çıxıb”.

Xalq artisti qeyd edib ki, onu sevgi ayaqda saxlayır: “Məni sevgi ayaqda saxlayır. Bir qadın ağac kimidir, onu sevgi ilə qidalandırmaq lazımdır. Güc sevgidən gəlir, qaynağı pul-şöhrət deyil. Xarakterin güclü olsa, səni tənhalıqdan xilas edə bilər. Amma güclü qadını güclü edən sevgidir. Məhəbbət yolları məni çox yormayıb. Sevgi yolu çətindir, amma ən çətin səfər insanın özünə etdiyi səfərdir, kənara etdiyi yox. Finalsız bir səfərdir. Həyat kəşf etməklə maraqlıdır. Hər gün yeni Tünzalələr tanıyıram. Hirsli, emosional, səbrsiz, tələsgən Tünzalə qorxduğum Tünzalədir. O qədər xətalar etmişəm ki...”.

Bundan əlavə, sənətçi təmənnasız sevgidən də söz açıb: “Bir insanda eşqi tapmışamsa, deməli, o anda eşqin ünvanını tapmışam. Bütün sevgilər insanı özünü tapmasına aparır. Mən bir şeydən ilhamlanıram, tək başına var ola bilmərəm. Mən də kiməsə qida olmaram. Bir-birimizi bəsləməliyik. O zaman ortaya bir münasibət çıxır. “Səni istəyirəm” sözü çox yanlışdır, çünki eqodan, nəfsdən gəlir! Bu, sevgi deyil. Amma “sevirəm” sözü isə təmənnasız deyilir. Ən gözəl sevgilər təmənnasız olandır. İki yar qovuşa bilirsə, xoşbəxtlikdir”.

Xəbər 1223 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +