Çağırış müddəti mayın 31-dək uzadıldı
Sarıkökün orqanizm üçün faydaları
Neft 20 dollara düşdü
Onlayn sınaq imtahanları pulsuz olacaq
Sabahın hava necə olacaq?
Olimpiya Oyunları nə zaman keçiriləcək?
DİM şagirdlərə müraciət etdi
Rüştü koronavirusa yoluxub
Mərkəzi Bank məzənnəni açıqladı
Sabahın hava proqnozu


24.12.2019  10:18 

435 mindən artıq fermer qeydiyyatdan keçib





A+  A-

Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarının ilk mərhələsini başa çatdırıb. Nazirliyin EKTİS-in tətbiqinə məsul qurumlarının nümayəndələrindən ibarət mobil heyət üç həftə ərzində respublikanın 50-dən artıq rayonunda görüşlər keçiriblər. Noyabrın 29-dan start verilən görüşlərə Qusar rayonunda yekun vurulub.
XəzərNews.az-ın məlumatına görə, Qusar rayon icra hakimiyyətində fermerlər, icra nümayəndələri və bələdiyyə sədrləri ilə keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, EKTİS-in tətbiqi qrafik üzrə davam edir:

"Bugünədək 50-dən çox rayonda EKTİS-in tətbiqinə dair izahat, məlumatlandırma işləri aparmış, yeni subsidiya mexanizmini, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat qaydalarını, payızlıq əkinlərin bəyan edilməsi prosedurunu izah edən bukletlər, çap materialları paylamışıq. İlk mərhələnin nəticələrini uğurlu saymaq olar. Bu gün payızlıq əkinləri bəyan edən fermerlərin sayı 280 min nəfərə çatıb, EKTİS-də qeydiyyatdan keçərək özünə şəxsi kabinet yaradan fermerlərin sayı isə 435 min nəfəri keçib. Gələn ildən kənd təsərrüfatı təyinatlı sibsidiyaların elektron hökumət üzərindən veriləcəyini nəzərə alsaq, qeydiyyat və bəyan göstəricilərini qənaətbəxş saymaq olar".
Görüş iştirakçılarına EKTİS-də qeydiyyat proseduru, məlumatların daxil edilmə ardıcıllığı, payızlıq əkinlərin bəyan edilməsinin vacibliyi, yeni subsidiya mexanizminin fermerlər üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib.

Kənd Təsərrüfatı Nazirliyi EKTİS-in tətbiqi ilə bağlı bölgələrdə məlumatlandırma işlərini davam etdirəcək.

Xəbər 463 dəfə oxunub.



30.03.2020  11:18 

Neft 20 dollara düşdü

29.03.2020  22:16 

Korona və virus - Qorxulu kabus

29.03.2020  14:48 

Sabahın hava necə olacaq?

29.03.2020  10:38 

DİM şagirdlərə müraciət etdi

29.03.2020  10:14 

Rüştü koronavirusa yoluxub

28.03.2020  16:12 

Sabahın hava proqnozu


BÜTÜN XƏBƏRLƏR +