Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


04.12.2019  09:48 

Bağdadinin köməkçisi də saxlanıldı





A+  A-

İŞİD-in öldürülən lideri Əbu Bəkr əl-Bağdadinin əmisi oğlu və köməkçisi İraqın Kərkük şəhərində saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Alsumaria” telekanalı İraqın güc strukturlarına istinadən məlumat yayıb.

İbn Haldun kimi tanınan terrorçunun əsl adının Hamid Şaker Sabaa əl-Bədri olduğu bildirilir. Məlumata görə, o, gizləndiyi mənzilə hücum zamanı ələ keçirilib.

Qeyd olunur ki, İbn Haldun əl-Bağdadi zərərsizləşdirildikdən sonra İŞİD-in ən çox axtarılan üzvlərindən biri olub.

Xatırladaq ki, Əbu Bəkr əl-Bağdadi 27 oktyabrda Suriyada keçirilmiş əməliyyat zamanı öldürülüb. Terrorçunun bacısı 65 yaşlı Rəsmiyə Avad ilə həyat yoldaşı, gəlini və 5 nəvəsi 4 noyabrda Suriyanın Hələb əyalətindəki Azaz şəhəri yaxınlığında ailəsi ilə birlikdə yaşadığı yük konteynerinə basqın zamanı tutulub.

Bundan başqa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7 noyabrda Bağdadinin xanımı ilə uşağının 1-1,5 ildir ki, Türkiyənin əlində olduğunu açıqlayıb.

Xəbər 3288 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +