Dəm qazı daha bir can aldı
Küveyt əmiri hökumətin istefasını qəbul etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Bu ərəb dövlətində hökumət istefa verdi
Sabah külək güclənəcək, temperatur enəcək
“Publik hüquqi şəxslər dövlət üçün bir bəladır”
Mikayıl Cabbarov xəbərdarlıq etdi
Erməni jurnalistlər Bakıya gəlir
Doktoranturaya qəbul qaydaları dəyişdi
Ermənistan atəşkəsi 21 dəfə pozdu


05.11.2019  16:38 

Deputat Ali Məhkəməyə meydan oxuyur – Elmira Axundova ilə oğlunun qalmaqallı Cinayət işi





A+  A-

Binəqədi Rayon Məhkəməsinin hakimi Kamran Əsədov deputat Elmira Axundova və qalmaqalların əsas qəhrəmanı olmaqla ad çıxaran oğlu Həbib Axundovun iddiası üzrə çıxardığı qətnamə təəcüb doğurub.
XəzərNews.az AzEuroNews.com-a istinadən xəbər verir ki, hakim Kamran Əsədov “Yeni Müsavat” qəzetinin 16.11.2015-ci il tarixli sayında dərc olunan “Müharibə veteranı deputatın əməllərindən prezidentə yazdı” sərlöhvəli yazıdakı fikirlərin təkzib olunmasını qət edib. Halbuki Kamran Əsədovun qətnaməsi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə ziddir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd olunub ki, Azərbaycan Respublikası “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Hakim Kamran Əsədov Ali Məhkəmənin məlum Plenumunun qərarından xəbərsizdirsə, bu onun tutduğu vəzifəyə uyğunsuzluğunu ortaya qoyan məqam hesab edilməlidir. Xəbəri varsa, belə bir qərar veribsə, deməli qərəzlidir, yenə də onun hakim olaraq fəaliyyəti təftiş olunmalıdır.

Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının:

10.1 -ci maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.

Avropa Məhkəməsinin qərarlarına diqqət etsək, görərik ki, deputat, ümumiyətlə məmurların tənqidə daha dözümlü yanaşmalıdırlar.

“Lingens Avstriyaya qarşı” (1986) qərarından oxuyuruq:

– Məqbul hesab edilən tənqidin hüdudları siyasətçi ilə bağlı olduğu halda özəl şəxslə bağlı olduğu haldakından daha genişdir. Sonuncudan fərqli olaraq, əvvəlki qaçılmaz olaraq və bilərəkdən özünün hər bir sözünün və hərəkətinin jurnalistlər və ümumi əhali tərəfindən tənqidi araşdırılmasına məruz qalır və bu səbəbdən o, daha çox dözümlülük nümayiş etdirməlidir.

Elmira Axundova isə belə etmir, barəsində fakt və sübutlarla bərkidilmiş xəbərləri təkzib olunması üçün məhkəməyə qaçır. İlk vəsatəti də özünün səs yazısının yayılmasının yasaqlanması haqda olur. Onun ardınca məhkəməyə oğlu da üz tutur. Eyni məzmunlu iddialar Binəqədi Məhkəməsində 2 ildən artıq 3 hakimin icraatını gəzir və sonda hakim Kamran Əsədov Ali Məhkəmənin Plenumunun qərarını rəhbər tutmaq əvəzinə Elmira Axundovanın, onun oğlu Həbib Axundovun maraqlarına uyğun qərar çıxarır. Və bu qərarın əsassızlığını təsdiqləyən fakt süburları da hakim görməzdən gəlir. Azərbaycanda məhkəmə hüquq islahatlarına yamaq qərar da elə bu görməməzliyin sübutu hesab olunmalıdır.

Xəbər 695 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.11.2019  21:19 

Dəm qazı daha bir can aldı

14.11.2019  20:03 

Millimiz Lixtenşteynə qalib gəldi

14.11.2019  14:12 

İki “07” toqquşdu, ata öldü

14.11.2019  13:53 

Erməni jurnalistlər Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +