Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


26.09.2019  11:09 

Oktyabrda başlayacaq həbi çağırışa hazırlıq yekunlaşır





A+  A-

Prezident İlham Əliyevin bu il avqustun 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama uyğun olaraq çağırışa hazırlıq işləri yekunlaşır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən XəzərNews.az-a bildirilib ki, qurumun yerli idarə, şöbə və bölmələrində çağırışçıların öyrənilməsi işləri aparılır. Çağırışa cəlb olunan gənclər hərbi həkim komissiyalarında ixtisaslı mütəxəssislər tərəfindən müvafiq təlimata əsasən yoxlanılır, səhhəti ilə bağlı əlavə müayinəyə ehtiyacı olanların ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinəsinin təşkili təmin olunur. Müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmətə hazırlıq prosesində böyük həvəslə iştirak edirlər.

Həmçinin müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölünməsindən sonra onların həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunması həyata keçirilib. Sentyabrın 24-də çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılıblar. Eyni zamanda vətəndaşların Xidmətin rəsmi saytının “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsindən xidmət edəcəkləri qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilmələri təmin edilib.

Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat isə 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcək

Xəbər 3141 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +