Düşmən atəşkəsi 22 dəfə pozdu
Terrorçular Suriyada atəşkəsi pozur
UEFA “Qarabağ”ı cərimələdi
Fərhad Əhmədovun hesabları dondurula bilər
67 yaşlı kişi özünü yandırdı
Oğuzda meşədə ağac kəsən kişi öldü
Əli Kərimli sərbəst buraxıldı
56 yaşlı kişini maşın vurub öldürdü
Əli Kərimli saxlanıldı
UEFA “Neftçi”ni 40 min avro cərimələdi


17.09.2019  09:16 

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) bu il avqustun 2-də elan etdiyi müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafikini müəyyən edib.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, müsahibələrin 23 sentyabr və 26 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulur.

Elan üzrə 42 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 354 (A növündə 50 vakant vəzifə üzrə 51 yer, B növündə 304 vakant vəzifə üzrə 457 yer) vakant vəzifə müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1043 namizədlə 1611 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi məsləhətçi (1 vakant yer üzrə 86 namizəd), Dövlət Statistika Komitəsi Bakı şəhəri statistika idarəsi, Maliyyə və təsərrüfat sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 74 namizəd) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Dəniz Agentliyi, Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsi, Kadr sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 55 namizəd), Gənclər və İdman Nazirliyi, Sabunçu rayon Gİİ məsləhətçi (1 vakant yer üzrə 37 namizəd), Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, məsləhətçi - kompyuter proqramçısı ( 1 vakant yer üzrə 31 namizəd) vəzifələri üzrə qeydə alınıb.

DİM avqustun 2-də elan etdiyi ümumi müsahibələri 23 sentyabr və 14 noyabr tarixlərində keçirməyi planlaşdırır. Elan üzrə 12 dövlət orqanında mövcud olan 58 vakant vəzifə üzrə 65 yer ümumi müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə 179 namizədlə 171 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ümumi şöbə, Vətəndaşların qəbulu sektoru, məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), Sosial təminat siyasəti şöbəsi, Dövlət sosial yardımı siyasəti sektoru, sektor müdiri (1 vakant yer üzrə 12 nəfər), Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsi, Fərdi uçota nəzarət sektoru, sektor müdiri (1 vakant yer üzrə 12 nəfər) vəzifələri olub.

Xəbər 522 dəfə oxunub.



21.10.2019  09:15 

UEFA “Qarabağ”ı cərimələdi

21.10.2019  08:57 

67 yaşlı kişi özünü yandırdı

20.10.2019  10:12 

Əli Kərimli sərbəst buraxıldı

19.10.2019  18:56 

Əli Kərimli saxlanıldı

19.10.2019  13:54 

İstirahət günü yağış yağacaq

19.10.2019  11:20 

Yerə asteroid yaxınlaşır

19.10.2019  10:43 

Atəşkəs yenə pozuldu


BÜTÜN XƏBƏRLƏR +