Neft yenidən bahalaşdı
Beyrutda yenidən iğtişaşlar başlayıb
Livanda hökumət istefa verdi
Yoluxanların sayı bu gün də azaldı
Beyrutdakı partlayışın ən kiçik qurbanı
Sabah rayonlara yağış və dolu gözlənilir
Putin Lukaşenkonu təbrik etdi
Daha bir general vəfat etdi
DİM abituriyentlərə müraciət etdi
Belarusda xaos olmayacaq - Lukaşenko


11.09.2019  11:38 

Bakı metrosunda hərəkət qrafiki DƏYİŞİR





A+  A-

Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.
Bu barədə XəzərNews.az-a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

B.Məmmədov deyib ki, metro istifadəçilərinin sayının artması, sərnişin axınının intensivləşməsi səbəbilə hərəkət qrafiki mövsümün tələblərinə uyğun tərtib olunur:

““Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılaraq, interval azaldılacaq. Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.

Sentyabrın 14-dən tətbiq ediləcək qrafiklə iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Onu da əlavə edək ki, Bakı metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq”.
B.Məmmədov qeyd edib ki, günün müəyyən vaxtlarında “Ulduz” stansiayasında bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsi, həmçinin daha böyük interval müşahidə edilir. Bunun səbəbi qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılmasıdır. Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.

Sərnişinlərimiz qatarların "Bakmil" stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 14-dən metro.gov.az saytının müvafiq bölməsində tanış ola bilərlər”.

Xəbər 665 dəfə oxunub.




11.08.2020  09:38 

Neft yenidən bahalaşdı

10.08.2020  19:24 

Livanda hökumət istefa verdi

10.08.2020  18:16 

Daha bir nəfər dənizdə boğuldu

10.08.2020  12:26 

Putin Lukaşenkonu təbrik etdi

10.08.2020  12:10 

Daha bir general vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +