Hər an baş verə biləcək FƏLAKƏT
Həcc ziyarətinə sənəd qəbulu niyə dayandırılıb?
Dilənçi payı üçün papaq atırlar
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Bakıda 600 manatlıq səməni-VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”


05.09.2019  10:57 

Baş Redaktordan “Sədərək”lə bağlı Milli Şura sədrinə Müraciət





A+  A-


Hörmətli, Cəmil bəy!

“Sədərək” Ticarət Mərkəzi inşa olunduğu ilk illərdə (2000-ci ilin ortalarında) bazar rəhbərliyi sahibkarlarla birdəfəlik Alqı-satqı və beş illiyə İcarə müqaviləsi bağladılar ki, bu da hüquqi sənəd hesab olunurdu. Artıq, belə bir sənədin izi-tozu da yoxdur. Müəyyən miqdar pul depoziti qarşılığında beş illiyə bağlanmış İcarə müqaviləsinin ömrü heç beş ay da çəkmədi və dəyişdirildi – orada aylıq yer haqqı ilə bağlı göstərilən 20 % güzəşt və s. məsələlər çıxdaş edildi. Alqı-satqı müqaviləsində açıq şəkildə göstərilən “xüsusi mülkiyyət” – özəlləşdirmə məsələsi də eyni aqibəti yaşadı. Bazar rəhbərliyi – Yusif, Yunis və Ənvər Qədimbəyli qardaşları sonrakı aylar və illərdə sahibkarlarla bağlanmış müqavilələri birtərəfli qaydada bir neçə dəfə dəyişməklə birdəfəlik həm alqı-satqı, həm də depozit “oyunundan” ustalıqla qurtula bildi - hər nə qədər bütün bunlar qanunazidd olsa da, belə bir addım atıldı. İndi Qədimbəyli qardaşları “Sədərək” TM-ni tam olaraq öz mülkiyyətləri bilir, istədikləri kimi ağlasığmaz hərəkətlər edirlər. Görün, bunlar nə qədər azğınlaşıblar ki, dükanları sahiblərinin əlindən alaraq böyük məbləğ qarşılığında başqalarına satırlar.
Təbii ki, bu nəhəng bazar, təkcə, Qədimbəylilərin deyil, həm də birbaşa olaraq burada çalışanların şəxsi vəsaiti hesabına inşa olunub. Amma bu gün bunu isbatlayacaq bütün sənədlər demək olar ki, öz hüquqi qüvvəsini itirib və indi onlar (Qədimbəylilər) mütləq söz sahibidirlər. Onların azacıq da olsa, hüquqi müstəviyə söykənməyən hərəkətlərinin sayı-hesabı isə bilinməyəcək qədərdir. Əgər, tarixin hansı bir dönəmindəsə ədalətli araşdırılma aparılarsa, o zaman bunların müdafiəsi üçün heç bir alibi olmayacaqdır. Bunu isbatlayacaq çoxsaylı kiçik faktlardan birini diqqətinizə çatdırıram.

Qardaşım - Çingiz Hüseynov bir çoxları kimi, 2000-ci ilin ortalarında pul depoziti qarşılığında məişət texnikasının satışı üçün sahəsi 40 kv olan dükanın tikintisindən ötrü (Şirniyyat bölümü, sıra 11, mağaza 26) bazar rəhbərliyi ilə İcarə müqaviləsi bağlayır. 2009-cu ilin aprelində, yəni yeni bazar fəaliyyətə başlan gün məlum olur ki, bircə günün içində bu mağazanı bir ayrısına “rahatlıqla” sata biliblər.
Qarşılığında 5-ci sıranın işlək olmayan 16 saylı dükanını təklif edirlər. Əlacsız qalaraq razılaşır. Bir ildən sonra – sıra işlək halına düşdüyü ərəfələrdə bunu da əlindən alırlar və yenidən bir ayrısına “satırlar”. Qanunsuzluğun miqyasını təsəvvür edə bilirsinizmi? Hələ bu, harasıdır.
Bu dəfə bazar rəhbərliyi o zaman bir elə də işlək olmayan 1 mərtəbəli “Elit” ərazisində (3-cü sırada) “yer” ayırır. Bir-iki ildən sonra, yəni bura da işlək vəziyyətinə düşdüyü ərəfələrdə Qədimbəylilər bu fürsəti də fövtə vermirlər, təbi ki, böyük para qarşılığında dükanı ayrı bir şəxsə “satırlar”.

Bu dəfə məcbur qalaraq, 2-ci sıraya köç edilir. İki-üç ildən sonra oradakı yerdən də çıxarılır, çünki daha böyük məbləğ yenə də bütün insani dəyərləri ayaqlar altına atmaq qüdrətini isbatlayır. Təqribən, dörd ay əvvəl eyni sırada yeni bir yerə köçmüşdülər. Artıq, bazar rəhbərliyinin yeni mesajı özünü çox gözlətməyib: “bura satılıb, özünə yer axtar...”. Həyasızlığın miqyasına baxın, ötən ayın 20-də - aylıq icarə haqqını aldıqdan iki gün sonra qapıya qıfıl vurulur, üzərinə də “İcarə haqqı ödənilmədiyi üçün bağlanılmışdır” sözləri yazılmış vərəqə də yapışdırılır.
Baxın, bunlar insanları hansı həddə çatdırırlar. Bu sayaq faktların sayı nə birdir, nə də iki – sayagəlməz qədərdir. Düşünürəm ki, Qədimbəylilərin tamah limiti bitməyənədək belə də davam edəcək – o zamanadək ki, o zaman insanların səbir limiti tamam tükənəcək...

İndiki həssas dönəmdə “Sədərək” TM-ni idarə edənlərin vətəndaşları dövlətdən, bu dövləti yönəldənlərdən narazı salmaqda, onları məqsədyönlü şəkildə narazı elektorata çevirməkdə məqsədlərinin nə olduğunu bilmirəm. Bilinən odur ki, Qədimbəyli qardaşları özlərini tam güvənli yenilməz “imperiya” sahibi kimi hiss edərək ağlasığmaz hərəkətlərinin miqyasını genişləndirməkdədirlər.
Görəsən, onların bu sayaq hərəkətlərinin qanunazidd və cinayət tərkibli olduğunu qanunun bütün parametrlərinə uyğun olaraq bu cənablara çatdıran olacaqmı? Ümumiyyətlə, bu cənabların istəyi nədir? İnsanları üsyan həddinə çatdırmaqmı? Axı, niyə başa düşmək istəmirlər ki, onlar kimi burada çalışanların da mülkiyyət haqqı və hüququ vardır.

Bir müddət öncə mətbuat vasitəsilə Qədimbəyli qardaşlarının ölçüyəgəlməz qanunazidd hərəkətlərini, xüsusən də “yerdəyişmə, yersatma” adı ilə burda çalışanları bezdirdiklərini hayqırtı ilə bütün ölkəyə bəyan etdim, və bütün bunlara son verin, – dedim. Eyni zamanda, ölkə Prezidentinə, Baş nazirə, Baş prokurora müraciət ünvanlayaraq, Qədimbəyli qardaşlarının sahibkarlarla bağlı davamlı olaraq etdikləri qanunazidd hərəkətlərinə qarşı qanunamüvafiq ölçü götürülməsini, orada çalışan minlərlə insanın dövlətə, dövlətçiliyə olan sarsılmış inamının bərpasında yardımçı olmalarını xahiş etdim. Və lakin təəssüflər olsun ki, heç bir nəticəsi olmadı, Qədimbəyli qardaşları daha da “irəli” getdilər...

Hörmətli, Cəmil bəy. Bu gün Milli Şura sədri olaraq, Sizə müraciət etmək məcburiyyətində qalmışam. Buradakı olaylara seyrçi münasibət bəsləməmənizi, baş verən qanunsuluqları daha böyük tribunalarda səsləndirmənizi, ümumən bu işdə yardımçı olmanızı Milli Şura sədri olaraq, Sizdən xahiş edirəm: səsi boğulmaqda olan insanların səsinə səs verin!
Mənim bu müraciətimi tarix və millət qarşısında növbəti bir imtahanınız kimi də qəbul edə bilərsiniz...

Hörmətlə,
“Xəzərnews” Xəbər Portalının Baş redaktoru
Vasif Hüseynov




Xəbər 16267 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.03.2024  12:42 

Sabahın hava proqnozu açıqlanıb

19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib

19.03.2024  09:15 

Masazırda avtomobil yanıb

19.03.2024  09:10 

Pakistan zəlzələ olub

19.03.2024  08:58 

Saatlıda polis əməliyyat keçirib


BÜTÜN XƏBƏRLƏR +