İcra başçısı müavinini işdən çıxardı
“Ekologiya postu”na rəis təyin edildi
Kirayə evlər ucuzlaşacaq
Sabah 32 dərəcə isti olacaq
AFFA “Qarabağ”ı cərimələdi
İran ABŞ-la danışıqlardan imtina etdi
İsraildə parlament seçkiləri keçirilir
Müsavat qurultay üçün BŞİH-yə müraciət edəcək
Düşmən bu gecə də cəbhədə dinc durmayıb
Metroda qapılar açılmadı


21.08.2019  18:23 

Meşə yanğınlarının əsas səbəbi AÇIQLANDI





A+  A-

Biz yanğınların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

“Hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Şükürlər olsun ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş vermir, insan tələfatı olmur.

Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir.

Azərbaycan təbiətinin gözəlliyi haqqında danışmaq, əlavə bir söz demək düşünürəm ki yersizdir. Çünki bu barədə çox danışılıb və bu gün də danışılır. Biz çox böyük qürurla təbiətə “ana təbiət” deyirik amma çox təəssüf ki “ana” dediyimiz təbiəti ana məhəbbəti ilə sevmirik.

Son zamanlar baş verənlər, insanların yaşıllıqlara laqeyd münasibəti, ətraf ərazilərin məişət tullantıları ilə çirklənməsi, eləcə də də bu günlərdə müxtəlif yerlərdə baş verən ardıcıl yanğınlar onu göstərir ki, biz təbiətimizə qarşı yenə də səhlənkarıq.

Milli parklar Azərbaycanın ən gözəl füsunkar təbiəti olan ərazilərdə yerləşir. Nəzərə alaq ki, Hirkan milli parkı UNESCO-nun irs siyahısına nominasiyadadır. Yəni bu, dünyanın inciləri siyahısındadır. Biz bu gün baş verən yanğını ilkin olaraq təhlil etmişik. Milli park, yaxınlıqda yerləşən kəndin və bələdiyyə torpaqlarının sərhəddindən başlanır. Yanğın ola bilər insanın ehtiyatsızlıqı səbəbindən, yaxud da bilərəkdən olub, fərq etmir, yəni nəticə heç nəyi dəyişmir, dəyəri ölçüyəgəlməz olan meşələrimiz, ağaclarımız yanır, orada yaşayan fauna növləri həmin ərazini tərk edir, məhv olur, bu işlərin bərpası üçün dövlətə milyonlarla ziyan dəyir. Bizim qanunvericiliyimiz ehtiyatsızlığı da, ehtiyatsızlıqdan edilən cinayəti də cinayət sayır. Bu baxımdan təbiət sahəsində işləyən bir şəxs kimi ehtiyatsızlıqdan olan əməllərin qarşısının alınmasını da vacib sayıram. Çox diqqətli olmaq lazımdır. Xüsusən regionlarda yaşayan, təbiətlə birbaşa ünsiyyətdə olan şəxslər çox ehtiyatlı olmalıdır. Onların bir balaca səhlənkar hərəkəti təbiətə qiyməti ölçülməyən dərəcədə ziyan vurur. Biz bu halların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik”.

Xəbər 108 dəfə oxunub.




17.09.2019  17:41 

Manatın sabahkı məznnəsi

17.09.2019  17:04 

Başına kötük düşdü, öldü

17.09.2019  16:09 

Qaxda qəza - 3 nəfər yaralandı

17.09.2019  13:39 

Kirayə evlər ucuzlaşacaq

17.09.2019  13:27 

Sabah 32 dərəcə isti olacaq

17.09.2019  13:08 

Axtarışda olan 26 nəfər tutulub

17.09.2019  12:43 

AFFA “Qarabağ”ı cərimələdi

17.09.2019  10:21 

Bakının iki rayonu qazsız qaldı

17.09.2019  09:57 

Çempionlar Liqası başlayır

17.09.2019  09:43 

Metroda qapılar açılmadı

17.09.2019  08:46 

Neft kəskin bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +