Türkiyədə ağır qəza - 37 yaralı
Mövqelərimiz atəşə tutuldu
Aparıcı təyyarə qəzasında öldü
Batmaq üzrə olan 3 nəfər xilas edilib
Oğuzda çayxana yandı
Bu süd məhsullarını almayın
Ata olacaqdı, balıq tutarkən boğulub öldü
Bazar günü 40 dərəcə isti olacaq
Ukraynada otel yandı - 8 ölü
İki gün qaz olmayacaq


02.08.2019  14:32 

Yağış, leysan, dolu... - Sabahın hava proqnozu





A+  A-

3 avqustda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-32, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Avqustun 03-də Abşeron yarımadasında xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Xəbər 474 dəfə oxunub.



18.08.2019  11:16 

Mövqelərimiz atəşə tutuldu

18.08.2019  09:53 

Oğuzda çayxana yandı

17.08.2019  15:38 

Bu süd məhsullarını almayın

17.08.2019  12:16 

Ukraynada otel yandı - 8 ölü

17.08.2019  11:09 

“Barselona” ilk turda uduzdu

17.08.2019  10:43 

İki gün qaz olmayacaq

17.08.2019  10:21 

Adriana Amerika vətəndaşı oldu

16.08.2019  14:49 

Dünənki 6 qəzada 6 nəfər ölüb

16.08.2019  13:18 

Bakıda 34 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +